Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ - FOTOFAKT

Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ - FOTOFAKT

Bu gün Düşənbədə keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan müdafiə naziri Zakir Həsənovun diqqətçəkən addımı erməniləri qıcıqlandırıb.

BiG.AZ xəbər verir ki, müdafiə nazirləri protokol fotosu çəkdirərkən, Z.Həsənov iclasda Ermənistanı təmsil edən bu ölkənin müdafiə nazirinin birinci müavini Artak Zakuryandan bir qədər kənarda dayanıb.

Azərbaycan nazirinin bu addımı ilk növbədə işğalçı ilə çiyin-çiyinə dayanmaq istəməməsindən irəli gəlir və bununla işğalçıya öz yerini göstərir. Eyni zamanda, müdafiə nazirinin bu hərəkəti həm də dövlət bayrağımıza etimaddır. Belə ki, nazir bu addımı ilə Azərbaycan bayrağının fotoda tam görünməsini təmin edir.

Ermənistan mediası isə Z.Həsənovun bayrağımıza göstərdiyi etimaddan və erməni məmurla çiyin-çiyinə dayanmaq istəməməsindən qıcıqlanıb.

“Azərbaycanın müdafiə nazirləri həmişə Ermənistan nümayəndələri ilə yan-yana dayanmaqdan imtina edir. Bu protokola ziddir”, - deyə ermənilər şikayətlənib.

Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının iclasında da Z.Həsənov Ermənistan müdafiə naziri Viqen Sarkisyanla yan-yana dayanmaqdan imtina edib, həmçinin, bu addımı ilə Azərbaycan bayrağının tam şəkildə görünməsinə şərait yaradıb.

Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ - FOTOFAKT
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3755 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
NURVIN
NURVIN 13.10.2017
Halal olsun Zakir muellim size sizin sayenizde orduda inkiwaf gedir sizden onceki nazir ver yeyim ort yatim misali idi neyse ALLAH sizin kimi naziri bu dovlete cox gormesin Amin


 
Perimuradova56
Perimuradova56 13.10.2017
Halal olsun. Bayrağımızın digər bayraqlara nisbətən tam görünməsi cox xoşüma gəldi. Erməni də dərsini almış olar bəlkə.


 
Mikii
Mikii 12.10.2017
Tedqire laiq addimdi .Hemiwe onlari alcaltmaq lazimdiki yerlerini bilsinler
ataxanli
ataxanli 12.10.2017
axırı xeyir olarda bunun yeqin ki
jck


 
sehirbaz
sehirbaz 12.10.2017
Halaldı Zakir Müəllimə.Allah onu qorusun.
Azərbaycanın şəxsi heyyətini qorusun


 
olmus_arzular
olmus_arzular 12.10.2017
Zakir muellim Mudafie naziri olannan herbide irelileyis var Allah canin sag elesin