"NLT Telekom"-dan fırıldaq: Nağd alınan telefonun kredit borcu çıxdı - ŞİKAYƏT

"NLT Telekom"-dan fırıldaq: Nağd alınan telefonun kredit borcu çıxdı - ŞİKAYƏTVətəndaş "NLT Telekom"dan nağd telefon aldı, lakin telefonun kredit borcu olduğu üçün şəbəkəsi bağlandı.

Bu barədə BiG.AZ redaksiyasına şikayət ünvanlayan jurnalist Pərviz Musayev məsələnin araşdırılmasını və ictimailəşməsini xahiş edib. Sözügedən şikayəti oxucularımıza təqdim edirik: "Bu ilin yanvar ayında "NLT Telekom" dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadəm üçün 1299 AZN-ə 64 GB tutuma malik "iPhone 6S" smartfonu almışam. 2 gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində yaranmış problemlərlə əlaqədar Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar problemin sırf telefondan qaynaqlandığını bildirdilər. Belədə telefonu aldığım "NLT Telekom 2" dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: "Sizin telefon kredit borcuna görə bloklanıb".

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon "Azercell" şirkətinin "kampaniya" telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və "zəncirvari" proseslə bu telefon "NLT Telekom"a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində "Azercell" şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu "bloklayıb". Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə "blok"dan çıxarıla bilər".

Şikayətçi Pərviz Musayev həmçinin onu da qeyd edib ki, şirkətdən zəmanət kartı tələb etsə də ona heç bir zəmanət sənədi təqdim edilməyib: "Telefonu alab zaman nə qədər zəmanət kartı tələb etsəm də mənə zəmanət kartı təqdim edilmədi.

"NTL Telekom 2"nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in "kampaniya telefonu" olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı.

Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun "plata"sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz "NLT Telekom" məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyəti orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəf isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadığını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək".

Yaranmış problemlə bağlı "NLT Telekom" şirkəti ilə əlaqə saxlayıb mövqelərini öyrənməyə çalışsaq da zəngimizə kobud şəkildə cavab verilib və suallarımız cavablandırılmayıb.

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2193   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

15:43 209
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

19:00 320
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 263
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 376
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 532
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

20:59 0
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

21:03 0
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

17:42 145
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

21:45 0