Ölkə əhalisi bu qədər əməkhaqqı alır - RƏSMİ

Ölkə əhalisi bu qədər əməkhaqqı alır - RƏSMİ

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfər olub.

BiG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 875,8 min nəfəri dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,5%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 10,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq, 524,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1642 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 12.10.2017
bizim ehali kef edir - xeberiz yoxdu
Profil bağlıdır