Ölkədə kəskin virus yayılıb: Necə qorunaq?

Ölkədə kəskin virus yayılıb: Necə qorunaq?Hazırda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Havaların soyuması ilə Azərbaycanda da bu virusa yoluxma halları həddən çox artıb.

Bu sözləri axar.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının həkim-terapevti Arzu Musayeva ölkədə yayılan kəskin virusla bağlı danışarkən deyib. A.Musayeva bildirib ki, dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir:

"Havanın temperaturu aşağı endikcə respirator virusların artması müşahidə edilir. Ancaq bu virusların təsirləri ildən ilə dəyişir. Xəstəliyin kəskinləşməsinə səbəb xaricdən ölkəyə xeyli sayda turistin gəlməsi və tətildən dönənlərin özləri ilə getdikləri ölkədə yoluxduqları hər hansısa virusu gətirmələridir.

Bu gün ölkədə əhalinin çox hissəsinin yoluxduğu xəstəlik hava və damcı yolu ilə keçən virusdur. Bu qədər kütləviləşməsinə səbəb isə yayılma ehtimalının yüksək olmasıdır.

Bu xəstəliyə daha çox immun sistemi və qanı aşağı olan, soyuqlayan və ac, yorğun, yuxusuz adamların yoluxma ehtimalı çox olur. Kütləvi yerlərdə olan insanlarda bu virusa yoluxma halları çox yüksəkdir. Bu cür virusların aktiv olduğu zamanlarda kütləvi yerlərdə mümkün qədər az olmaq lazımdır".

Həkim-terapevt məsləhət görür ki, kəskin respirator infeksiya xəstəliyindən qorunmaq üçün immun sistemini möhkəmlədən qidalara üstünlük verilməli, vitaminli qidalar qəbul edilməlidir:

"Qanı az adamların belə viruslara yoluxma ehtimal çox olduğuna görə, qan artıran qidara üstünlük verilməlidir. Mümkün qədər ac və yuxusuz qalmayın. Çünki xəstəlik ac və yorğun insana daha tez yoluxur. Əlləri tez-tez yumaq, öskürən və asqıran zaman ağzı tutmaq lazımdır. Tibbi maskalardan mümkün qədər çox istifadə edilsə, yaxşı olar".

Yoluxma halı artıq baş veribsə, həkim-terapevt məsləhət görür ki, dərman qəbul etməzdən öncə çoxlu maye qəbul edilməlidir:

"Xüsusilə zəncəfilli, limonlu, nanəli çay qəbul edilməlidir. Zoğal, gicitkən, malina kimi bitkilərin mürəbbələrindən tez-tez istifadə etsələr, daha yaxşı olar. Bizim əhali adi qızdırma və öskürəkdə belə antibiotiklərdən istifadə etməyə üstülük verir. Ancaq bundan ümumiyyətlə qaçmaq lazımdır. Qrip, respirator infeksiyalarında antibiotiklərdən istifadə edilməməlidir. Həmin infeksiya angina, bronxit və plevmaniya kimi kəskin fəsadlar verərsə, o zaman həkim məsləhəti ilə antibiotiklərə müraciət etmək olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1934   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986