Aysel Əlizadənin ərinə HƏBS ŞOKU

Aysel Əlizadənin ərinə HƏBS ŞOKURamin Hacılıya hökm oxundu - Saxta sənəd düzəldib

Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, məhkəmədə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.

Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.

Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2762   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət mərkəzində BƏDBƏXT HADİSƏ - Qadın öldü

Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb. BİG.AZ report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vuru

02.07.2023 1598
.

Evinizdə sağlamlığınız üçün ən təhlükəli yerlər...

Hər mənzilin ən çirkli zonaları var, onlar bakteriya, allergiya və xəstəlik mənbəyi ola bilər. -a istinadən xəbər verir ki, dermatoveneroloq Svetlana Yakovleva sağlamlığa təhlükəli sahə və küncləri qeyd edib. "Vanna, hamam otağı mənzildə ən çirkli sahədir, orda ayaqyalın gəzmək olmaz. Mənzildə nəm

05.09.2023 841
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 985
.

Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Ermənistan tərəfi bu addımları atmaqla nə etmək istəyir?. Mövzu ilə bağlı hərbi jurnalis

05.09.2023 1060
.

"Putin və Əroğan arasında görüş Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm addım olacaq" - Ekspert

Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək. Bəs bu görüş Azərbaycan və Ermənistan arasında baş verən hadisələrə necə təsir edəcək? . Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev -a açıqlama verib. Ekspert bildiri

04.09.2023 836
.

Azərbaycan Prezidenti: "Laçın şəhərində hər şey çox böyük zövqlə yaradılır"

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib. Dövlətimizin başçısı bildiri

28.05.2023 666
.

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO

"Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub". xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

17.04.2024 3063
.

Britni Spirs kitab yazarkən dəli oldu?

Britni Spirs həyat və yaradıcılığından bəhs edən "The Women in Me" ( İçimdəki qadın) kitabını nəşr etdirib. -ın xəbərinə görə, müğənni tezliklə kitabın satışa çıxacağını söyləyib. O əlavə edib ki, bu kitabı yazmaq üçün dəfələrlə psixoloji müalicə almalı olub. Qeyd edək ki, Britni bir müddə

15.07.2023 489
.

Saç tökülməsinin qarşısını belə ala bilərsiziniz

Saç tökülməsi normaldan daha çox saç tökülməsinə aiddir. Genetik faktorlar, hormonal dəyişikliklər, qida çatışmazlığı və stress saç tökülməsinə səbəb ola bilər. Saç tökülməsinə nəzarət etmək üçün stresdən qaçınmaq və həkim tövsiyələri ilə balanslaşdırılmış qidalanma ilə müalicə variantları tətbiq olun

10.10.2023 979