"Bu çaylardan imtina edin" — Ekspertdən XƏBƏRDARLIQ

"Bu çaylardan imtina edin" — Ekspertdən XƏBƏRDARLIQÜrəyimiz yananda, başımız ağrıyanda ağırıkəsici kimi istifadə etdiyimiz bircə stəkan pürrəngi çay... Kimisi onu armudu stəkanda, kimisi fincanda, kimisi limonlu, kimisi yalnız qəndlə, kimisi mürəbbə ilə içməyi xoşlayır.

İçdikcə də içilir... Nahaq yerə deməyiblər ki, çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi...

BiG.AZ modern-ə istinadən xəbər verir ki, çay bitkisi ilk dəfə Qafqazda 19-cu əsrin 40-cı illərində Qafqaz canişini Vorontsovun göstərişi ilə Suxumidə əkilib. Təcrübələr uğurlu olduğundan1876-cı ildən onun Qafqazda artırılmasına başlanıb.

Azərbaycanda 1892-ci illərdə təcrübə üçün gətirilmiş sortlar Lənkəran, Car-Balakən rayonlarında əkilib. SSRİ dövründə Azərbaycan çay plantasiyalarının genişliyi ilə fərqlənib.

Dünyada hər il təxminən 1120 ton hazır çay istehsal olunur. Çay istehsalına görə ilk yeri 500 min hektarla Çin tutur. Sonra Hindistan və Şri-Lanka gəlir. 2016-cı ildə Çində 880 min ton, Hindistanda 789 min ton, Şri-Lankada 303 min ton çay istehsal olunub.
Min illərdən bəri ayrı-ayrı xalqlar vazkeçilməz içki kimi qida rasionumuza daxil olan çayı müxtəlif cür dəmləyir. Məsələn, çinlilər çayı əvvəlcədən qızdırılmış çaynikə atır, üstünə qaynar suyu tökür, 3 dəqiqədən sonra farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, həm də qəndsiz içirlər.
Yaponlar çayı əvvəlcə xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cür dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olur.

İsveçrəlilər qaynayan südə əvvəlcə qənd əlavə edirlər, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyuduqdan sonra içirlər.

Kalmıklar kiçik həcmdə suyu çaynikdə qızdırıb, üzərinə yaşıl çay əlavə edirlər. Daha sonra çayniki odun üzərinə qoyurlar. Su qaynamağa başlayanda üzərinə qaynar süd, ərinmiş yağ, duz əlavə edib, 15 dəqiqə qarışdırırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.
Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.
Sovet dövründə Azərbaycanda 17 min hektar ərazidə çay plantasiyaları salınsa da, hazırda ölkəmiz bu sahədə çox geriləyib.
Elə bu səbəbdən piştaxtaları daha çox xarici istehsal çayları bəzəyir. Əksər istehsalçılar çayın qiymətinin baha, keyfiyyətinin aşağı olması qənaətindədir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, həftə ərzində istehlakçılar tərəfindən çayın keyfiyyətilə bağlı 3-4 şikayət daxil olur: "İstehlakçılar Azərbaycanda satışda olan çayların keyfiyyətindən şikayət edirlər. Əksəriyyət çayın tərkibinin keyfiyyətli olmaması və rəng amilini vurğulayır. Azad İstehlakçılar Birliyi bununla bağlı geniş araşdırmalar aparıb. Hətta Astarada çay zavodunda olmuşuq. Amma rəngləmə amilini qeydə ala bilməmişik. Araşdırma nəticəsində çaya çox sayda qatqının, aromatizatorların qatıldığının şahidi olmuşuq. Amma təəssüf ki, rəng amilini hələlik sübut edə bilməmişik. Əhali deyir ki, "qara çayı soyuq suya atırsan, rəng verir, bu nədəndir", yaxud "çöküntü verir, sonradan rəngi bulanır" və s. Təəssüflər olsun ki, çay istehsalı ilə məşğul olan insanlar, şirkətlər insanları maarifləndirmirlər. Əhali bilməlidir ki, xırdalanmış və rəngi tünd olan çay keyfiyyətli deyil. Onlar çayın tozundan hazırlanır. Yumrulanmış çay tozu isə tez dəm alır və rəngi qaralır".

Hüquq müdafiəçisinin sözlərinə görə, bütün hallarda yerli istehsal olan çaylara üstünlük verilməlidir: "Eyni zamanda, Azərbaycanda qida mədəniyyətinə üstünlük verilməlidir. Bizdə yeməkdən dərhal sonra çay içilir. Bu düzgün deyil. Çünki qidanın tərkibindəki dəmirin sorulmasına mənfi təsir göstərir. Əhali bu qida mədəniyyətindən uzaq olmalıdır".

E.Hüseynov deyib ki, bir çox hallarda xarici istehsal çayları əhaliyə yerli məhsul kimi satılır:"Bildirmək istəyirəm ki, böyük çay istehsalçısı kimi tanınan "Azərsun Holding"in istehsal etdiyi bütün çaylar xaricdən idxal edilir. Çaylar xaricdə yığılır, qurudulur və Azərbaycana gətirilir. Ölkəmizdə yalnız qablaşdırma həyata keçirilir. Biz dəfələrlə o çay fabrikində olub rənglənmə məsələsini öyrənmək istəmişik. Həmin vaxt məlum olub ki, "Azərsun"un çayları Azərbaycanda qablaşdırılır. Ona görə də rənglənmə amilini araşdıra bilməmişik".

AİB sədri Eyyub Hüseynov eyni zamanda, əhalini birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çaylardan imtina etməyə çağırıb: "Vətəndaşlarımız paket çaylardan imtina etsələr, daha yaxşı olar. Bəzi şirkətlər paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun uzun yarpaqlarından yığılanlardır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1862   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 221
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 330
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 132
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 236
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 932
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 441
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 419
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 421