Artur Rasi-zadə ipoteka ilə bağlı yeni qaydalar TƏSDİQLƏDİ

Artur Rasi-zadə ipoteka ilə bağlı yeni qaydalar TƏSDİQLƏDİ

Baş nazir Artur Rasi-zadə ipoteka kreditləri ilə bağlı yeni qaydaları təsdiq edib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası” yalnız dövlətin payı olan banklara şamil edilir.

Qaydalar "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilib.

Prezident həmin fərmanla Nazirlər Kapinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırmışdı.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Bankda dövlətin payı var.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 497 Tarix: 12.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər