Oğuzda avtomobillə vurulan 6 yaşlı qız ölüb

Oğuzda avtomobillə vurulan 6 yaşlı qız ölüb

Oğuzda 6 yaşlı qızı maşın vurub.

BiG.AZ xəbər verir ki, mərkəzi Rayon Xəstəxanasından (MRX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.

Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 400 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol