Yanacaqdoldurma məntəqəsində mübahisə bıçaqlanma ilə nəticələndi

Yanacaqdoldurma məntəqəsində mübahisə bıçaqlanma ilə nəticələndi

Bakıda yanacaqdoldurma məntəqəsində orta yaşlı kişi bıçaqlanıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Xaqani" yanacaqdoldurma məntəqəsinin ərazisində 1982-ci il təvəllüdlü Ələkbərov Xəyal Ramiz oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı X.Ələkbərov bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır. Nərimanov RPİ-dən verilən məlumata görə, hadisəni törədən şəxs (hələlik adı açıqlanmır) saxlanılıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 227 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol