"Azərbaycanda yaxşı film çəkmək üçün peşəkar rejissor lazımdır" - Əməkdar artist

"Azərbaycanda yaxşı film çəkmək üçün peşəkar rejissor lazımdır" - Əməkdar artist

Çoxdandır efirlərdə görünməyən əməkdar artist Əjdər Həmidovdan xəbər var.

BiG.AZ-a açıqlama verən aktyor yeni işlərindən danışıb. O bildirib ki, hazırda yaradıcılıq fəaliyyətinin durğunluq dövrünü yaşayır:

"Hazırda filmlərə çəkilmirəm, müəyyən səbəblərə görə fasilə vermişəm. Dişlərimdə bir az problem var. Onları düzəltdirmək də 2-3 ay vaxtımı alacaq. Teatrda da işlər gedir, amma çatdırmaq olmur".

Ə.Həmidov müasir filmlərdən də danışıb. Aktyorun sözlərinə görə, ortaya yaxşı bir film qoymaq üçün hər şeydən öncə peşəkar rejissor lazımdır:

"İndi çəkilən filmlərə baxıram. Düşünürəm ki, yeni dövrdə kino məktəbi yaranmayıb. Baxıram ki, gənc rejissorlar, aktyorlar, aktrisalar çalışırlar, ahmısı ayrı-ayrılıqda istedadlıdır. Amma vahid məxrəcə gəldikdə sanki pərakəndə fəaliyyət göstərirlər.

Bunun üçün çox peşəkar rejissor lazımdır. Serial çəkməyin məktəbi olmalıdır. Hər bir şey təzə yarananda nöqsanlar olur. Amma bunu düzəltmək üçün vaxt lazımdır. Ən azından nə isə bir iş görmək üçün çalışırlar.

Bildiyiniz kimi, mənim ilk filmim "Kişi sözü" filmi olub. O filmə çəkiləndə 34 yaşım var idi. Tamam təcrübəsiz idim, amma mən peşəkar rejissor Cahangir Mehdiyevlə işlədim, ortaya yaxşı iş qoyduq. Bunun nəticəsidir ki, "Kişi sözü" filmi 30 ildən çoxdur efirlərdə yayımlanır.

Rövşən Əsədov
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 667 Tarix: 11.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ebrucum
Ebrucum 11.10.2017
Nolubki yoxdu meger
ataxanli
ataxanli 11.10.2017
varda Kənan MM.Halal ye halal olsun sjsjsjsjs :D
jck