"Kommersiya məqsədilə çəkilən filmlərdə nə səviyyə var, nə də..." - Xalq artisti SƏRT DANIŞDI

"Kommersiya məqsədilə çəkilən filmlərdə nə səviyyə var, nə də..." - Xalq artisti SƏRT DANIŞDI

Xalq artisti Amaliya Pənahova Azərbaycanda çəkilən yeni filmlərdən və bu filmdə rol alan gənc aktyor və aktrisaların fəaliyyətindən danışıb.

BiG.AZ-a açıqlama verən aktrisa müasir filmlərdə rol almamağının səbəbini açıqlayıb. O, bunu vaxt məhdudiyyətliyi ilə əlaqələndirib:

"Bildiryiniz kimi, teatrın rəbəriyəm, 25 ildir ki burada işləyirəm. Fəaliyyətim əvvəlki kimi davam edir, hətta Moskvada, Türkiyədə də filmlərə çəkilmişəm.

Düzdür, çox filmlərə çəkilmirəm. Bu isə rol alacağım filmlərdə xoşuma gələn ssneari ilə əlaqədardır. Hər şeydən əvvəl səviyyəli heyətlə işləməliyəm. "Yarpaqlar" adlı çoxseriyalı film üzərində iş gedir. Amma bu filmin də ssenarisi ilə tanış deyiləm deyə konkret heç nə deyə bilmərəm".

A.Pənahova o cümlədən müasir dövrdə çəkilən, yalnız kommersiya məqsədi güdən filmlərdən danışıb. Sözügedən filmləri qətiyyətlə pisləyən aktrisa mövzu ilə bağlı bunları deyib:

"Kommersiya adı çəkilən yerdə artıq nə səviyyə güdülür, nə də həmin filmdən sənətin inkişafına dair bir şey gözləmək. Ancaq bunu başlanğıc olaraq qəbul etmək olar. Səhvlər ola
bilər. Bəlkə də vaxt gələcək ki, kommersiya ilə sənət bir araya gələcək. Çoxlu film çəkmək, zəhmətin bəhrəsini ortaya qoymaq lazımdır.

İstedadlı gənclərimiz var. 20 ildən artıqdır ki, dərs deyirəm. Tələbələrimlə fəxr edirəm".

Xalq artisti əməkdaşımızın "Bu sənətdə yerinizdə kimi görürsünüz?" sualına isə gülərək "Hələ ki öz yerimi boşaltmaq fikrim yoxdur" deyə cavab verib.

Rövşən Əsədov
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1520 Tarix: 11.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol