Tacir Şahmalıoğlu dediyin dandı: "Məni sındırmağa çalışırlar"

Tacir Şahmalıoğlu dediyin dandı: "Məni sındırmağa çalışırlar"

Müğənni Tacir Şahmalıoğlu son günlər haqqında yayılan qalmaqallı açıqlamalara münasibət bildirib.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Bu bizik, Toliklə" verilişində “Oğluma müğənni qız almaram” ifadəsini danıb:

“Dedim ki, oğlum kimi sevəcək, kimi sevməyəcək zaman göstərəcək. Ata kimi ürəyimdən keçir ki, oğlum mən seçən qızı alsın. Amma nə olacaqsa, gələcək göstərəcək.

Məni həmişə sındırmağa çalışırlar. Allah məni sındırmasın, bəndə edə bilməz”.

Qeyd edək ki, T.Şahmalıoğlu son günlər həmkarı Fədayə Laçınla bağlı verdiyi açıqlaması və "Oğluma müğənni qız almaram" ifadəsinə görə tənqid olunur.

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2263 Tarix: 10.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol