Banklar bahalı kreditləri ucuz adı altında müştəriyə necə sırıyır?

Banklar bahalı kreditləri ucuz adı altında müştəriyə necə sırıyır?Bir ara Azərbaycanın iki bankı – "Parabank" və "Bank of Baku" faizsiz kredit vermələrini geniş reklam edirdilər. İlk baxışdan bu reklamaları eşidənlərə elə gəlirdi ki, hər iki bank islam bankçılığına keçib, yəni faiz gəlirlərindən imtina edib və kreditləri məhz investisiya layihələrinə yatırır, gəlirini isə qazancdan götürür. Amma belə deyilmiş. Qurban bayramı ərəfəsində "Bank of Baku"ya bununla bağlı müraciət etmiş Bakı sakininə bildiriblər ki, bəs faizsiz kredit kampaniyası çərçivəsində altı ay müddətinə 800 dollar istehlak krediti verilir və bunun üçün də bəri başdan 12 faiz komisyon haqqı alınır. Yəni real olaraq illik 28 faizlə 704 dollar kredit verilir. "Parabank" isə bu gün də faizsiz kredit verdiyini bildirir, amma bankın təmsilçiləri ilə söhbət zamanı məlum olur ki, 11 ay müddətinə faizsiz adı altında verilən kreditə bəri başdan 19 faiz komisyon haqq alınır. Yəni burada da real bank dərəcəsi illik 26 faizi keçir.

Hər iki bankın faiz dərəcəsini komisyon haqqının arxasında gizlətməsi əslində Azərbaycanın əksər banklarına xasdır. Sadəcə, həmin banklar daha pərdəli variantdan istifadə edirlər. Məsələn, illik 36 faizlə kredit verən bank elanda 30 faizlə kredit təklif edir. Amma həm də kreditə görə 5 faiz komisyon haqqı tutur, müştəri bunun nədən tutulduğunu soruşduqda isə "bankın inzibati xərcləri üçündür, axı biz işçilərimizə maaş da verməliyik" deyirlər və müştərini inandırmağa çalışırlar ki, əksər banklarda belədir. Nəticədə əsasən istehlak krediti alan müştərilərin əksəriyyəti durumla razılaşır. Çünki həmin haqq soyuducu və ya mebel üçün aylıq ödənişləri bir neçə manat artırır ki, bu da adətən kredit götürənlərin vecinə olmur. Pul kreditləri də eynidir, adətən kredit götürənlər "nə olursa, olsun, lazım olan pulu tapaq" məntiqi ilə yanaşırlar, krediti sonra nə cür ödəyəcəkləri barədə düşünmürlər.

Amma əksər ekspertlər bankların bu cür gəlişi gözəl sözlərlə gerçəkləşdirilən "reklam kampaniyası"nı möhtəkirlik və müştərinin aldadılması sayırlar. Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev bankların verdikləri kreditlərə görə, faizdən əlavə olaraq bəri başdan 3-5 faiz və daha çox rüsum almasını korrupsiya ilə eyniləşdirir. Onun fikrincə, kreditlərə əlavə edilən rüsum korrupsiya ilə bağlıdır və korrupsiya səviyyəsi bir qədər yuxarılara qədər uzanır. "Mərkəzi Bank (AMB) illik 5,5 faizlə yerli kommersiya banklarına kredit verə bilir. Amma nədənsə bizim kommersiya bankları AMB-dən bu yolla kredit almırlar və xarici banklardan illik 7-8 faizlə kredit götürməyə çalışırlar. Çünki burada "şapka" var",- deyə Oqtay Haqverdiyev vurğulayır. Yəni iqtisadçı-ekspertin sözündən belə çıxır ki, banklar məhz rüsum-filan tətbiq etməklə, yuxarı ötürdükləri "şapka"nın əvəzini çıxmağa çalışırlar.

İqtisadçı ekspertin fikrincə, bu məsələlərə məhz Mərkəzi Bank nəzarət etməlidir: "Mərkəzi Bank haqqında qanun imkan verir ki, AMB həmin bankları yoxlasın və faiz məsələsini müzakirə etsin, onlara təsir göstərərək, əsassız artırılmış faizləri azaltsın" deyən Oqtay Haqverdiyevin fikrincə, respublika üzrə inflyasiya səviyyəsinin 7 faiz olduğu şəraitdə kreditlərin dərəcəsi maksimum 16 faiz ola bilər: "Amma verirlər illik 25-30 faizə ki, bu da "şapka" ilə əlaqəlidir". İqtisadçı-ekspertin sözlərinə görə, bankların bu cür davranışı "İstehlakçı hüquqlarının müdafiəsi haqqında» qanunu da pozur. Qanunun 13-cü maddəsinə görə, icraçı təklif etdiyi məhsul barədə düzgün məlumat verməlidir. Yəni faiz dərəcəsinin bir qismini komisyon haqqı kimi gizlədən banklar təklif etdikləri məhsul barədə istehlakçıya düzgün məlumat vermirlər və onu aldadırlar.

Qeyd edək ki, bu problem əsasən MDB ölkələrində rast gəlinir və artıq Rusiya bankların vətəndaşları aldatmasının qarşısını almaq üçün addımlar atır. Bu ölkədə illik 5 faizlə reklam edilən kreditlərin real faiz dərəcəsi 25-dən yuxarıdır - banklar 20 faiz komisyon haqq götürür. Məsələyə ilk diqqət yetirən qurum Rusiya İstehlak Nəzarəti Xidməti olub. Qurum bu cür götürülən komisyon haqlarını qanunsuzluq sayıb və bankları inzibati məsuliyyətə cəlb edib. Banklar isə qurumu məhkəməyə veriblər, müzakirələr uzun çəkib və bəzi instansiya məhkəmələr bankların xeyrinə qərar veriblər. Məhkəmə çəkişməsinə nəhayət Ali Arbitraj Məhkəməsi son qoyub və bankların iddiası təmin edilməyib. Bundan əlavə, məhkəmə qərar çıxarıb ki, banklar komisyon haqqı kimi müştəridən gödürdüyü 20 faizi geri qaytarmalıdır. Bir çox ekspertlər bu təcrübəni Azərbaycana da tətbiq etməyi təklif edirlər.

Lakin İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin məsələ ilə bağlı fikri xeyli fərqlidir. Onun fikrincə, Azərbaycan banklarının komisyon haqları və faiz məsələsində bu cür oynamasına qanun imkan verir. Ekspert bildirib ki, "Banklar haqqında" qanuna görə, Azərbaycan bankları faiz və komisyon haqları müəyyən etməkdə müstəqildir. Qanunun 36.6-cı maddəsində deyilir ki, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Lakin Samir Əliyevin də etiraf etdiyi kimi, banklar bu hüquqdan sui-istifadə edirlər, reklam lövhələrində yanlış məlumat verməklə, istehlakçıların hüquqlarını pozurlar. Daha bir hüquqpozma halı kredit müqaviləsinin bağlanması zamanı baş verir: "Müqavilələrə cərimələrlə bağlı elə şərtlər daxil edilir ki, sadəcə dəhşətdir. Məsələn, müqaviləyə yaza bilərlər ki, müştəri kreditin ödənişini qrafikdən 15 gün gecikdirsə, əsas məbləğin 5 faizi qədər cərimələnəcək. Nəticədə müştəri həm faiz, həm də cərimə ödəyir. Bunun nəticəsidir ki, 1000 manat kredit götürən şəxs, əvəzində bəzən 2000-3000 manat ödəməli olur. Adətən kredit layihəsindəki belə incə məqamlara yalnız hüquqi şəxslər diqqət yetirir. Fiziki şəxslər isə ciddi götür-qoy etmədən hansısa problemini həll etməyə pul tapdığı üçün sevinərək müqaviləni imzalayırlar və tez-tez aldadılmış durumda qalırlar",- deyə Samir Əliyev bildirir.

Və hansısa qurum, yaxud fiziki şəxs Rusiyadakı kimi bankları məhkəməyə versə, məğlubiyyətə düçar olacaq. Çünki "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanunda bununla bağlı konkret maddə yoxdur. "Başqa ölkələrdə isə borcgötürənlərin hüquqlarının müdafiəsi üçün konkret qanunlar var" deyən iqtisadçı-ekspert şimal qonşumuz Rusiyanın da artıq belə bir qanunu qəbul etmək astanasında olduğunu vurğulayır: "Hazırda Rusiyada parlament tərəfindən "İstehlak kreditləri haqqında" qanun layihəsinə baxılır və banklar öz lobbiləri vasitəsi ilə bu qanunun qəbuluna mane olmağa çalışır. Qanun layihəsində banklara kreditlər üçün faizdən əlavə komisyon haqqı tutmaq qadağan edilir. İki ildir bu qanunun parlamentdə təsdiqi ləngidilir. Amma mən əminəm ki, bu qanun gec-tez təsdiq ediləcək, çünki Rusiya ictimai fikri kreditlərin verilməsi zamanı bankların möhtəkirlik etməsini qəbul edə bilmir. Düşünürəm ki, bizdə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var",- deyə Samir Əliyev vurğulayıb.

Ekspert lombard kreditlərinə də xüsusi diqqət yetirməyi vacib sayır: "İndi lombardlar nə istəyirlər, onu da edirlər. 1000 manat borc götürəndən 3000 manatlıq qızıl tələb edirlər. Aylıq kredit dərəcəsi 5-10% arasında dəyişir. Bu dəhşətdir, həm 3 qat artıq qızıl girov qoyulur, həm də 10 ay ərzində ödənən faizlər kreditin əsas məbləğini keçir. Bu açıq-aydın sələmçilikdir. Düşünürəm ki, lombardların fəaliyyəti haqqında da xüsusi qanun qəbul edilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3759   Tarix: 10 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660