"O qazandığı puldan gətirib mənə verir, mən də..." - Ramal etiraf etdi

"O qazandığı puldan gətirib mənə verir, mən də..." - Ramal etiraf etdiBiG.AZ bildirir ki, ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı müğənni Ramal İsrafilov olub.

Yay mövsümündə, ümumiyyətlə, istirahət etmədiyini söyləyən müğənni Ramal İsrafilov daşı daş üstə qoyub işçi arı kimi bir işləyib ki, gəl görəsən.

"Tətil etmədim mən. Albom üzərində hazırlıqlar gedir. Bu albomda xeyli mahnı olacaq, ancaq dəqiq sayını bilmirəm. Hamısı da yeni mahnılardır. Albomdakı mahnılar Xalq şairlərinin, tanınmış şairlərin sözlərinə bəstələnmiş mahnılar olacaq. Böyük bir tədbir keçirəcəm".

Murad Arif müsahibələrinin birində, sandığını bağlıyıb yazdığı mahnıları ancaq özü oxuyacağını desə də, Ramal hələ ki, belə bir fikirdə olmadığını söylədi.

"Öz mahnılarıma sahib ola bilirəm. Dərk edirəm ki, kimlər necə oxuya bilər. Ona görə də belə bir fikrim yoxdur. Yazdığım mahnıları özüm də oxuyuram, başqalarına da təklif edirəm. Deyirlər ki, ən yaxşı mahnılarını Ramal özü oxuyur. Ancaq yaxşı-pis söhbəti yoxdur. Mahnını yazıram və bilirəm ki, hit olacaq. Bu mənim mahnımdır. Ancaq sıradan bir ifaçı gəlib çıxır, oxuyur, 3-4 milyon izləyici toplayır".

Ramal, bəs yazdığın mahnıları müğənnilərin qara qaşına, qara gözünə baxıb verirsən, yoxsa cibinin qalınlığına?

"Çalışdığım müğənnilər var. Yetərincə populyardırlar. Onlar məndən mahnı istəyəndə aramızda o söhbətlər olmur. Mən biznesmen olsaydım, oturub hamısını dəvət edərdim ki, hansı müğənninini sevirəm hədiyyə verim. Mən biznesmen deyiləm, musiqiçiyəm. Yazdığım mahnı o müğənnilərə toy gətirir, məşhurluq gətirir. O qazandığı puldan gətirir mənə verir, mən də onlardan qazandığım pula aranjiman elətdirirəm, geyinirəm. Elə müğənnilər var ki, mahnıları özüm hədiyyə etmişəm. Əlimdə elə mahnılar var ki, onun sahibləri var. Bir neçə gün öncə Sevda Yahyayeva bir mahnı istədi məndən. Çalışacam onu yazım. Elə mahnı olsun ki, Sevdaya yaxşı pul "oxuya" bilim də".

Müğənni, önünə çıxana mahnı ötürmədiyini, bəstələrini ancaq qarşısındakı adamı dinlədikdən və yoxladıqdan sonra verdiyini dilə gətirdi.

"Mən mahnını yazıb müğənnilərə oxutduranda üzərində dayanıram. Çox hörmət bəslədiyim sənətkar da olsa, mahnını mən necə yazıramsa, dəvət edirəm həmin müğənnini studiyaya, razılaşır, elə də oxuyur. Birinci, müğənni ilə mən canlı-canlı söhbət edirəm. Onun tembrinə qulaq asıram. Nəyi yaxşı oxuya bilər bunu müəyyənləşdirirəm".

Hər zaman konsert anonsu versə də, alınmayan konsertlərinin təəssüfünü çəkən müğənni bunun üçün heç vaxt küsmədiyini, əksinə daha çox işlədiyini söylədi.

"Bu il konsert verəcəm, bu il konsert verəcəm, deyirəm. Amma konsertlərim alınmayıb. Heç vaxt da küsməmişəm, işimi dayandırmamışam. Hər il nələrsə dəyişilib. Mən birkonsert üçün 20 mahnı seçmişdimsə, hər il də təzə mahnılarım çıxır, onları da əlavə edəndə gərək 4-5 saatlıq konsert edim ki, bu qədər mahnını həmin konsertə sığışdıra bilim. Sənətçi olaraq bu xalq məni yüksəldib. Mən də çox çalışıram. Tənbəl olduğumu söyləyirlər. Ancaq çox çalışıram. 3 mahnı bir studiyadadır, 4 mahnı o sənətçidədir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2518   Tarix: 09 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın" - VİDEO

Müğənni Təranə Qumral qızı və kürəkəni ilə "Rəngarəng səhər" verilişinin qonağı olub. xəbər verir ki, sənətçinin Fidanlı adlı qızının musiqiçi həyat yoldaşı aparıcının sualına verdiyi cavabla diqqət çəkib. O, xanımının evdə uşaqlara baxmasını və müğənni olmasını istəmədiyini bildirib. Həya

14.04.2024 1051
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 494
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

12:49 848
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 486
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 332
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 8647
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 313
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 909
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 955