"Heç vaxt kişinin imkanına, puluna aldanmamışam" - Flora Kərimova ailəsindən danışdı

"Heç vaxt kişinin imkanına, puluna aldanmamışam" - Flora Kərimova ailəsindən danışdı

Xalq artisti Flora Kərimova qızı Zümrüddən danışıb.

BiG.AZ-a açıqlama verən müğənni bildirib ki, tək arzusu qızını xoşbəxt görməkdir:

"Qızım İngiltərədə yaşayır. Orda işini qurub, o mühitə uyğunlaşıb. Buraya gəlib yenidən karyera qurmaq onun üçün çətin olar. Zümrüd ağıllı, kamallı qızdır, xoşbəxtliyə layiq insandır. İstəsə xarici vətəndaşla da ailə qura bilər, təki xoşbəxt olsun. Heç vaxt kişinin imkanına, malına, puluna aldanmamışam. Hər zaman demişəm ki, pul önəmli deyil. Əsas odur ki, kişi xarakterli olsun. Acı dil olub ürək qırmasın, xəsis olmasın və gözü başqalarını gəzməsin".

Sağlamlığı ilə bağlı problem yaşayan F.Kərimova həmkarlarından giley edib. Xalq artisti söyləyib ki, onlardan heç nə gözləmir:

"Həmkarlarım da sağ olsunlar, heç kəsdən gözləmirəm ki, vaxt ayırıb mənimlə maraqlansınlar. Sənət yoldaşlarım, duet oxuduğum həmkarlarım gəlib mənə baş çəkirlər".

Xalq artisti yaradıcılığından da danışıb. O bildirib ki, televiziyalardan, tədbirlərdən təklif gəlmir:

"Televiziyadan, tədbirlərdən təklif gəlməsə də "Mədəniyyət" kanalında mərhum bəstəkar, xalq artistimiz Elza İbrahimovanın yaradıcılğı ilə bağlı verilişə dəvət olunmuşam".

Maira Namazova
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3490 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol