"Onlar atdığı addım düşməncəsinə idi..." Natavan Həbəbi VİDEO

"Onlar atdığı addım düşməncəsinə idi..." Natavan Həbəbi VİDEOBiG.AZ qafqazinfo-ya istinadən müğənni Natavan Həbibinin müsahibəsi təqdim edir:

- Artıq yeni mövsümə başlamışıq. Şou-biznesdə bir canlanma yarada biləcəksizmi?

- Bütün dostlarım kimi mövsümə təzə işlərlə gəlirəm. İşlərimiz çoxdur, kliplər, duetlər olacaq. "Hozu" filminin davamı çəkiləcək. Kinomuz böyük uğur qazandı, sonu elə bitdi ki, davamı hamıya maraqlı gəldi. Çünki film bizim toyumuzla sonlandı, daha sonra evlilik həyatımızda baş verən hadisələr hər kəsə maraqlı ola bilər. İstədik ki, tarixçəni bir az böyüdək. Bu film üçün oxuduğum saundtreki klip şəklində təqdim etdik bu yaxında, yutub kanalımızda var. Görüntülər filmdən götürülüb, ekranlaşdırılıb. Mahnılara gəldikdə isə ilk olaraq "Qısqana-qısqana" adlı yeni mahnımı təqdim etməyi planlaşdırıram. Mahnının müəllifi Fərid Kərimlidir.

- Toy demişkən, yay aylarının əvvəlindən etibarən Natavan Həbibinin toyu əsas gündəmi zəbt etdi. Düşünürəm ki, daha çox aktual olmağa başladız. İctimaiyyət sizin Səid Əliyevlə nikahınızı daha çox müzakirə edir, sizin həyatınız onlara maraqlıdır.

- Çox təəccübləndim. Heç bir müğənninin toyunun bu qədər marağa səbəb olduğunu görməmişəm. Çox böyük sensasiya oldu. Toyda inananlar, inanmayanlar, ürəklə iştirak edənlər oldu. Bu, həyatdır, yaşayırıq, görürük. Marağın özü xoş oldu və bir qədər bezdirdi. Hansı saytı, instaqram səhifəsini açırdınsa, toyla bağlı paylaşımlar edirdilər. İnsanların fikirləri, rəyləri bizi narahat edə bilirdi. Saxta profillər çoxdur, qərəzli şərhlər yazılır, bizi başqa cür təqdim etməyə çalışırdılar. Natavan Həbibi illərdir ki, çətinliklərin içərisində olduğu üçün belə şeylərə sinə gələ bilər. Çox şey görmüşük, problemləri aşmışık. Toyu problem hesab etmirəm. İnsanın həyatında xoş bir məqamdır. Sadəcə olaraq danışılan söz-söhbətin problemini yaşadım. Gördüz ki, hər şeyi zamana buraxdım. İnsanların gözləri öyrəşdi, toyun doğru olduğuna inandılar.

- Toydan qabaq da sizin evlənmə məsələniz gündəmdə idi. Media da nə vaxt evlənəcəyiniz barədə sizə suallar verirdi.

- Hamıya belə suallar ünvanlayırdılar. Bunun səbəbini bilmirəm. Toydan qabaq maraq var idi ki, nə vaxt olacaq? Toydan sonra isə "doğrudan oldu?" kimi suallar meydana gəldi. Həyatdır, öyrəşmişəm ki, hər addımım səs-küyə səbəb olur. Hətta heç düşünmədən instaqram səhifəmdə yayımladığım hansısa paylaşım müzakirə olunur. Hamı hər addımımda ikinci məna axtarır. Vaxtı gözləyirəm ki, bir müddət sonra unudulacaq.

- Səid Əliyevlə illər əvvəl tanış olmusuz. Mən bildiyim qədərilə siz dost olmusuz, bu dostluq daha sonra sevgiyə çevrilib. Necə oldu ki, evlənmək barədə qərara gəldiz?

- Bəli, biz çoxdan tanışıq. Günlərin bir günü bu, baş verdi. Bizim tarixçə barədə çox danışmaq istəmirəm. Alındı da (gülür).

- Bəlkə də, öncə evlənəcəyiniz şəxsin kimliyini gizlətdiz, bu səbəbdən daha çox müzakirə olunduz. Belə ola bilərmi?

- Bir çox versiya irəli sürüldü, adlar sadalandı. Sonda isə heç kəsin gözləmədiyi bir insan ortaya çıxdı. Bu da yəqin ki, marağa səbəb oldu.

- Sizi onsuz daha çox şou-tədbirlərində görmürdük, evə bağlı bir müğənni kimi tanıyırıq. Yəqin ki, evlilik həyatına adaptasiya olmaq çətin deyil.

- Heç bir çətinliyim yoxdur. Çox rahatam, hər zaman evdə oturmağa üstünlük vermişəm. Vaxtilə şou proqramlar, toylar, tədbirlərdə çox olmuşam. Bunlardan insan doyur, evdə daha çox vaxt keçirmək istəyirsən. Toydan sonra bir tək evi dəyişdim, əvvəl necə idimsə, elə də evdar biri kimi həyata davam edirəm. İndi bir qədər işlərimiz çoxdur, evdə çox otura bilmirik, studiyada oluruq. Evdə olmağa çox üstünlük verirəm. Başqa yerdə olanda çox narahat oluram.

- Deyirlər ki, şou-biznesin ən gözəl toylarından biri oldu. Niyə 3 gəlinlik dəyişdiz?

- Çox gözəl toy keçdi. Xoş günümüzdə iştirak edən hər kəsə təşəkkür edirəm. Hamı çox səmimi və ürəkdən iştirak etdi. Onlar toyumu bəzədilər, istədiyim kimi keçdi. Hətta təkrarını istəyirəm. O qədər yorulmuşdum ki,..

Gəlinlik mövzusuna yaxşı toxunduz. İndiyənə kimi səhifəmdə şərh yazırlar ki, niyə 3 gəlinlik.?! İndi onun mənasını açmaq istəyirəm. Toydan qabaq bütün qızlarımız kimi xına mərasimimi keçirmək istəyirdim. İnsanam, belə bir arzum vardı ki, Xuraman Şuşalı mərasimi aparsın, qızlar əylənsin. Vaxt baxımından alınmadı. Düşündüm ki, bunu toyun içərisində etsəm daha maraqlı olar və belə bir ənənə formalaşar. Bu səbəbdən ilk əvvəl geyindiyim gəlinliyi xına üçün dəyişməli idim. Xına gəlinlikdə yox, başqa bir paltarda olmalı idi. Hamı kimi qırmızı yox, qum rəngində paltar seçdim. Bu,mənim zövqümdür. Təbii ki, xına mərasimindən sonra eyni gəlinlik olmazdı, düzgün çıxmazdı. İstədim ki, xınadan sonra üçüncü paltarı geyinim. Burda heç bir qəbahət yoxdur. Ümid edirəm ki, belə bir halla heç kimi narahat etmədim. Bizə uyğun bu idi.

- Sizin toya telefonları qadağa qoymağınız barədə xəbər yayılmışdı. Bu da etirazla qarşılanmışdı.

- Bunu heç yerdə deməmişdim. Bir jurnalist dostumuz var, telefonla onunla zarafat etdim. Söylədim ki, sən toya kamerasız gəl, telefonu əlindən alacağıq. Daha sonra bu söhbət yayıldı. Əslində bu fikirdə olmuşdum. İstərdim ki, dostlarımdan xahiş edim ki, məndən qabaq şəkil paylaşmasınlar. Düzgün fikirləşmişdim. Toyun ilk saniyələrindən etibarən fotolar yayıldı. Uğursuz şəkillər yerləşdirildi və insanların qarşısına bizi pis təqdim etdilər. Nə paltar gözəl göründü, nə də ki, biz. Mən təkcə bunun əleyhinə idim. İstəyirdim ki, keyfiyyətli fotolar yerləşdirilsin, hər kəs bizi olduğumuz kimi görsün. Amma sağ olsunlar, hamı çəkib paylaşdı (gülür).

- Nikahdan sonra nə dəyişdi? Elə bil ki, sizi şou-biznesin heç bir üzvü ilə görmürük. Səbəb nədir?

- Toydan sonra təkcə Səidə Sultanla görüşmüşəm. Demək olar ki, heç kimi görmürəm. Dostlarla görüşməyə hələ ki, vaxtım yoxdur. Hamı zəng vurur, maraqlanır. Hələ belə bir tempə düşməmişəm.

- Amma dəvət olunmaq istəyənlər də var idi. Aygün Kazımova, Röya Ayxan xoş gününüzdə iştirak etmək istədiklərini demişdilər.

- Bu işin üzərində şou etmək istəyənlər çox oldu. Ən gözəl günüm olduğundan şoulaşdırmaq istəmədim. İstəmədim ki, toyun özü hər şey üçün yetərli olacaq.

Bundan əlavə, hər iki xanıma öz təşəkkürümü bildirirəm, balalarının toyunu görsünlər. Toyumda ancaq doğrudan da, münasibətimin olduğu insanları çağırmışam. Orada səmimiyyət olmalı idi. Düşünə bilərəm ki, onlar da ürəkdən iştirak etmək istəyərdilər. Sadəcə olaraq bu söhbətlər toy ərəfəsində çıxmamalı idi.

- Aygün Kazımova böyük bir konsertə imza atdı. Düzdür, siz konsertdə iştirak etmədiz, amma görüntüləri ilə tanış olmusuz.

- Onu təbrik edirəm, möhtəşəm, gözəl və səviyyəli bir konsert idi. Həmişəki kimi peşəkarcasına işini görür. Allah bilir ki, konsertdən sonra Aygün Kazımovanın bir kadrını gördüm. O, konsertində ağladı. O kadrda Aygün Kazımovanın doğruçu halını gördüm, bir qadın olaraq onu çox gözəl başa düşdüm. Onunla birgə çox kədərləndim. İllərin ağırlığını, sevgisiz bir dönəmi o göz yaşlarında hiss etdim. Biz düşmən deyilik, bunun adını necə qoyacağımı bilmirəm. Onlar atdığı addım düşməncəsinə idi. Ona görə də, "düşmən" kəlməsini indi işlədə bilərəm, haqqım var.

Deyirlər ki, düşmənini dostdan yaxşı tanıyırsansa, sənə halaldır. Mən də o insanı gözəl tanıyıram. İndi bir qalmaqallı bir şey demirəm. Belə biriyəm, tanımalıyam ki, hansısa bir söhbəti edim. O qadını gözəl tanıdığım üçün ağlamağı mənə təsir etdi. Eyni zamanda da adına sevindim. Göz yaşlarını xoşbəxt günündə gizlədə bilmədi, partladı. İçindən çıxdı! O gün üçün çox əziyyət çəkdi. O ağlamaqla rahatlıq tapdı. Burada başqa məna da var idi. İstəyərdi ki, tək yox, yanında kimsə olsun. O, milyonların içində tənha idi. Bunun olmağını istəməzdi. Mən belə başa düşdüm.

- Elə həmkarınızın konserti ərəfəsində "Crsital Hall"dakı çıxışınızdan görüntülər paylaşdız. Bu isə söz-söhbətlərə səbəb oldu. Düşünülmüş bir addım idi, ya necə?

- Burdan jurnalist dostlarıma səslənirəm. Hər şəkli, videonu yozmaq lazım deyil. Sizin peşənizə böyük hörmət edirəm. İllərdir ki, özlərinə hörmət edən şəxslərin yazılarını oxuyuruq. Paylaşımın altında kəlmə işlətmiriksə, deməli, belə deyil. Hamınıza da məlumdur ki, demək istədiyim sözü birbaşa və açıq şəkildə çatdırmağa cəsarətim var. Biz bu konserti paylaşmağı planlaşdırdıqda Aygün Kazımovanın konsertindən hələ xəbərimiz yox idi. Aylar əvvəl yanımda çalışan Aysu xanım mənə bu videoları hazırlamışdı. Düşünürdük ki, nə vaxtsa, paylaşarıq. Yadımıza düşdü ki, izləyicilərimlə bölüşüm. Həmişə şəxsi paylaşımlar edirdim. Dedim ki, işlə bağlı nəsə yayımlayaq. O il mənim elə bil ki, konsertlər ilim idi. Elə söz-söhbət yarandı ki, hetta başqa konsertlərimin görüntülərini paylaşmaq fikrimdən daşındım.

Çünki bu konsertimizi paylaşmağıma haqsız tərəfdən yanaşmalar oldu. O konsertin ərdəyə gəlməsində yüzlərlə insanın əziyyəti oldu, vaxt getdi, insanlar pul ayırdı. Onu belə ucuzlaşdırmaq olmazdı. Bəli, mən o səhnədə oxumuşam, bunu kim dana bilər? Heç kimin haqqı yoxdur. 2-3 mahnılıq yox, 50 dəqiqə çıxışım olub. Hər kəsin işinə hörmətlə yanaşmaq lazımdır. Bundan başqa, Heydər Əliyev adına Saraydakı konsertimdən niyə danışmırsız? 228 min manat pulum çıxmışdı. İndiyənədək açıqlamamışdım. Niyə bunu danışmayaq? Orada yeni aranjimanlar, geyimlər və s. olmuşdu. Bir-birimizə hörmətlə yanaşaq, mehriban olaq. Hər şeyi öz ünvanlarına qəbul edirlər. Heç bunun marağında deyiləm. Mənim indi fikrim tam başqa yerdədir. Sadəcə bir paylaşım idi. Bu instaqrama bu qədər ciddi yanaşmaq olar? Mən bu hayda deyiləm ki, kiminsə acığına iş görüm. Bu söhbətləri bağlayaq. Xırda ara vuranlar olmasa həyat gözəldir.

- Hamı deyirdi ki, bəs Aygün Kazımova ilə Natavan Həbibi barışmışdı, nə oldu?

- Mən bu söhbətlərdən necə bezmişəm?! Yenə söhbət bu yerə gəlib çıxdı. Bu söhbətləri etməyin. Yenə deyəcəklər ki, özümü onunla reklam edirəm. Biz qocalırıq, amma yenə deyirlər ki, balacayıq. Elə həmin Aygün Kazımova mənim yaşında olanda deyirdilər ki, dolğun yaşda olan bir sənətkardır. Biz necə oluruq ki, bu yaşda uşaq qalırıq? Hər şeyin öz yeri var.

- Bəlkə də sizin çıxdığınız dövrdən sonra belə bir populyar şəxslər, ştamp vuran müğənnilər olmadı. Və yaxud çox azdılar. Buna görə, sizin nəsil sənətçiləri axırıncı hesab edirlər, onların gözlərində uşaq kimi qalırsız.

- Olmayacaq da (gülür). Çünki Vaqif Gərayzadə məktəbi bağlandı. Səhnə peşəkarlığı sevir, özfəaliyyəti qətiyyən qəbul etmir. Populyarlıq sevilmək demək deyil. Musiqidən anlayışı olan insanlardan sevgini qazanmaq lazımdır. Ordan-burdan gələnlər 3 günlük mahnılar oxuyurlar. Heç vaxt ulduz ola bilməyəcəklər. O statusa çatmaq üçün qanında peşəkarlıq olmalıdır. Populyar bir müğənni ola bilərsən, ancaq sənətkar heç vaxt! Musiqiçi sözünü son vaxtlar cılızlaşdırırlar. Bu, dərin bir anlayışdır. Bizim çoxumuz illərdir ki, mahnı oxuya bilmərik, amma yaddaşlarda qalırıq, tamaşaçı unutmur. Onlar bilir ki, biz nə vaxtsa, məhsul təqdim ediriksə, keyfiyyətli bir şey ortaya çıxacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2488   Tarix: 07 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059