Bir yol var: erməni ordusunu darmadağın etmək... – Millət vəkili

Bir yol var: erməni ordusunu darmadağın etmək... – Millət vəkiliDağlıq Qarabağı Azərbaycan Ordusunun gücü hesabına işğaldan azad etmək məcburiyyətindəyik və bunu edəcəyik.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, Ermənistanın yenidən danışıqlar prosesinə qayıtmasını dəyərləndirən millət vəkili Elman Məmmədov deyib. O, hesab edir ki, Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar siyasi cəhətdən yetkin, beynəlxalq hüququn normalarına əməl edən insanlarla aparılmalıdır:

"Sərkisyanın isə diplomatiyadan başı çıxmır. Belə bir şəxslə danışıq aparmaq çox çətindir və sadəcə vaxt itkisidir. Cinayətkar aləmin qanunları ilə idarə olunan bir dövlətdən konstruktiv mövqe gözləmək çox çətin məsələdir. Sərkisyan çox yaxşı başa düşür ki, Qarabağ məsələsinin ədalətli həlli onun və komandasının siyasi məhvi deməkdir. Bu baxımdan da Ermənistanın yenidən danışıqlara qayıtması heç bir fayda verməyəcək. Belə anormal vəziyyətdə qanunsuzluğa yol vermiş və cinayətlər törətmiş insanlarla aparılan danışıqların müsbət nəticəsinin olacağına inanmıram".

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ məsələsi yalnız hərbi yolla həll edilə bilər:

"Beynəlxalq qurumların və vasitəçi dövlətlərin ədalətli mövqe tutaraq işğalçını torpaqlarımızdan çıxmağa məcbur etmələrini gözləsək də, bu, baş vermir. Bu vaxt ərzində cinayətkarlara qarşı beynəlxalq qurumlar tərəfindən heç bir sanksiya tətbiq olunmayıb. Təbii ki, müharibəni yaşamış bir xalq kimi hərbi variantın tərəfdarı deyilik. Biz yenidən qan tökülməsini istəmirik və sülhün tərəfdarıyıq. Ancaq torpaq üçün müharibə müqəddəs bir işdir. Bir millət vəkili və torpaqları işğal altında olan məcburi köçkün kimi yeganə çıxış yolunu hərbi yolda görürəm. Bu hərbi güc isə Azərbaycanda var və Ermənistan kimi cırtdan dövləti çox vaxt itirmədən darmadağın etməyə yetər. Dağlıq Qarabağı Azərbaycan Ordusunun gücü hesabına işğaldan azad etmək məcburiyyətindəyik və bunu edəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 794   Tarix: 07 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - YENİLƏNİB

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19.04.2024 1929
.

Qeyri-adi bir kəşfə imza atıldı! Göldə 540 milyard dollar dəyərində "ağ qızıl" ehtiyatı aşkar edildi

ABŞ-da dünyanın ən böyük gölünün dibində alimlər tərəfindən rekord miqdarda litium ehtiyatı aşkar edilib. xarici mənbəyə istinadən xəbər verir ki, Araşdırmalar nəticəsində gölün dibində rekord miqdarda, 18 milyon ton litium olduğu aşkar edilib. Əvvəlki araşdırmada alimlər bu rəqəmin 4 milyon ton olduğun

12.12.2023 495
.

Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzanna Kərimli əvəz edib. -ın xəbərinə görə, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırlatma: Aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayı

22.04.2024 1207
.

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı. 28 yanvar Lechateau'da baş tutacaq battle öncəsi Elviss yeni klipini təqdim etdi. Youtube Klipə baxmaq üçün keçid edin:

10.01.2024 1241
.

Evinizdə sağlamlığınız üçün ən təhlükəli yerlər...

Hər mənzilin ən çirkli zonaları var, onlar bakteriya, allergiya və xəstəlik mənbəyi ola bilər. -a istinadən xəbər verir ki, dermatoveneroloq Svetlana Yakovleva sağlamlığa təhlükəli sahə və küncləri qeyd edib. "Vanna, hamam otağı mənzildə ən çirkli sahədir, orda ayaqyalın gəzmək olmaz. Mənzildə nəm

05.09.2023 846
.

Dəhşətli qəza! Qadın uşaq arabası ilə birlikdə... -VİDEO

Türkiyədə idarəetmədən çıxan avtomobil səkidə gedən uşaq arabası ilə qadınları vurub. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, zərbənin təsirindən qadınlar və uşaq arabası havaya uçub. Dəhşətli qəzada yaralanan qadınlar və körpə hadisə yerinə gələn tibbi yardım qrupları tərəfindən xəstəxanay

11.09.2023 775
.

Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Ermənistan tərəfi bu addımları atmaqla nə etmək istəyir?. Mövzu ilə bağlı hərbi jurnalis

05.09.2023 1070
.

Polisin himayəsi altında Qurani-Kərim YANDIRILDI

İsveçin Malmö şəhərində müsəlmanların cəmləşdiyi bölgədə polisin himayəsi altında İraq əsilli Salvan Momika növbəti dəfə Quranı-Kərimə hücum edib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Quranın yandırmağın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb. Hadisə yerinə geniş polis mühafizəsi il

04.09.2023 517
.

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 66 yaşlı xanəndə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Bu haqda Haşımova özü məlumat yayıb. Ş.Haşımova hazırda vəziyyətinin yaxşı olduğunu əlavə edib

19.07.2023 944