Nazir danışdı: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün QAYDALAR HAZIRLANIR"

Nazir danışdı: "Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün QAYDALAR HAZIRLANIR"

Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır.

BiG.AZ xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək:

"Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanacaq".

Nazir əlavə edib edib ki, hazırlıq qruplarının yaradılacağı ali məktəblər və ixtisaslarla bağlı qərarlar növbəti mərhələlərdə veriləcək:

"Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 623 Tarix: 06.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər