Bakının daha bir parkında internet pulsuz oldu

Bakının daha bir parkında internet pulsuz oldu"Baktelecom" "Pulsuz WiFi" zonalarının sırasına daha birini əlavə edib.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, bu gündən etibarən "Dədə Qorqud" parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət ("Baktelecom") tərəfindən reallaşdırılan "İctimai İnternet" layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya əsasən İKT-nin ölkəmizdə yeni inkişaf konturu kimi cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsinin təmin edilməsi hədəf seçilib.
Bu məqsədlə İKT sektorunda həyata keçirilən digər infrastruktur layihələri ilə yanaşı, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, "İçəri şəhər", Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də "Port Baku Residence" və "Port Baku Mall" arasında yerləşən park (Fashion Avenue) da "Pulsuz WiFi şəbəkəsi ilə təmin edilib.

"Baktelecom" tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.

Məlumat üçün bildirək ki, mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları üçün istifadəyə verilən "Pulsuz WiFi" şəbəkəsindən istifadə qaydaları çox asandır. Belə ki, istifadəçi mobil cihazında wifi siyahısından "Baktelecom"-u seçməli, açılan giriş səhifəsində təlimata uyğun qaydada internetə qoşulmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 824   Tarix: 05 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779