"Məni uşaqlıqdan hər kəs qıza oxşadırdı, ona görə belə oldum..." - Samir Bağırov

"Məni uşaqlıqdan hər kəs qıza oxşadırdı, ona görə belə oldum..." - Samir Bağırovİllərdir nəinki media, sənət, sevənləri, hətta dostlarından belə ayrı düşən estrada ulduzu Samir Bağırov primetime.az-a müsahibə verib.

BiG.AZ həmin müsahibəni təqdim edir:

- Samir Bağırov kimdir?

- Bu insanı anlatmaqla bitməz... "Kimdir" sualını eşidincə, lap körpəliyim yadıma düşdü. Biz ailədə iki uşağıq, mən və bacım. Anam əslən ukraynalı, atam da bakılıdır. Anamla atam çoxdan, təxminən 30 il öncə ayrılıb. Anam atamdan ayrıldıqdan sonra ABŞ-a köçdü və hazırda orada yaşayır. Atam da ikinci dəfə başqa bir xanımla ailə qurub, Bakıda yaşayır. Hollandiyaya köçən bacım orada ailə həyatı qurub və iki böyük qızı var. Mən də, bildiyiniz kimi, ABŞ-a köçmək şansı ilə hələ də Bakıda yaşayıram.

- Ailə üzvlərinizlə münasibətiniz necədir? Görüşürsünüzmü?

- Atamla tez-tez görüşsəm də, bacımı və anamı 6 ildir görmürəm... Bir neçə il öncə ABŞ-a, anamın yanına getdim, amma orada qala bilmədim. Orada yaşamaq və vətəndaşlıq almaq şansım var idi. Ancaq başa düşdüm ki, Azərbaycansız yaşaya bilmərəm. Anam indi də yalvarır ki, gəl yanıma, burada birgə yaşayaq. Amma mən getmirəm. Çünki Bakıdan uzaq düşmək mənə çətin görünür. Anam mənə çox düşkündür. Tez-tez telefonla danışırıq. O, mənim hər şeyimdir. Bir-birimizdən ayrı yaşasaq da, anam mənə maddi və mənəvi dəstək olur.

- Qohumlarınızın sizə münasibəti necədir?

- Bizim nəslimizdə ana və ata tərəfdən oğlan uşağı olmayıb. Hamısının qız övladı doğulub. Məni də uşaqlıqdan hər kəs qıza oxşadırdı. Bu da məni özümü qadın kimi hiss etməyə vadar etdi...

- Bildiyimiz qədər, çox çətin həyatınız olub...

- Əlbəttə, çətinliklərim çox olub. Amma mən bunun öhdəsindən gəlmişəm. Ən azı, gəlməyə çalışmışam. Mən öz sənətimə və səsimə hər zaman güvənmişəm.

- O zaman niyə səhnədən, güvəndiyiniz sənətinizdən uzaq düşmüsünüz?

- Həyatda böyük yanlışlarım çox olub. Amma artıq ömrün yarısına gəlmişəm. Bundan sonra özümü axırıncı yola qoyub, gündəmə gəlmək istəmirəm. Axı, mən çox güclü musiqiçilərdən dərs almışam. Bir xatirəmi sizinlə paylaşmaq istərdim. Bizim çox dəyərli sənətkarımız Eldar Mansurovun uzun illər öncə mənim haqqımda söylədiyi bir söz vardı: "Azərbaycan estradasını bir "şkaf" düşünsək, onun 5 rəfı olsa, ən üstlərdə Samir Bağırov durardı". Bu sözü heç vaxt dilimə gətirməmişdim, amma baxıram, mənim haqqımda çox danışırlar. Arada ünvanıma deyilən belə sözləri də xatırlasınlar...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3278   Tarix: 05 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147