Moldova telekanalı ''Eurovision 2012''nin hazırlıqlarından reportaj yayımlayıb (Video)

Moldova telekanalı ''Eurovision 2012''nin hazırlıqlarından reportaj yayımlayıb (Video)Yanvarın 25-də Bakıda qonaq olan "Moldova-1" televiziyasının çəkiliş heyəti "Buta Palace"da keçirilən "Eurovision 2012"nin Açar Təqdimetmə mərasimindən, eləcə də may ayındakı şouya hazırlıqlardan reportaj hazırlayıb. Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı həmkarlarımız "Eurovision 2012"nin uğurlu keçiriləcəyini deyir.

Reportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, Eurovision ulduzları Ruslana və Safuranın çıxışlarından da bəhs edilir.
"Eurovision 2011"nin qalibləri Eldar və Nigar bu müsabiqənin onların həyatlarını dəyişdirdiyini deyib. "Eurovision 2009"un qalibi Aleksandr Rıbak və "Eurovision 2010""nun birincisi Lena Mayer isə "Moldova-1" telekanalına müsahibələrində "Buta Palace"dakı təqdimetmə mərasiminin möhtəşəm hazırlandığını, Bakının bu yarışmaya layiqli ev sahibliyi edəcəyini bildiriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3608   Tarix: 22 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740