Qurban Qurbanov: "Həmişə dua edirəm ki, Qarabağ qayıtsın"

Qurban Qurbanov: "Həmişə dua edirəm ki, Qarabağ qayıtsın""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov italiya mətbuatına eksklüziv müsahibə verib.

BiG.AZ qafqazinfo-ya istinadən həmin müsahibəni təqdim edir:

- Sürgündə olan klub üçün Avropada uğurlar nə deməkdir?

- Bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi bizdə bir milyondan çox qaçqın var və ərazimizin bəzi hissələri düşmənlər tərəfindən işğal edilib. Amma mən bu yaralı bölgənin klubunda fəxrlə, məsuliyyətlə işləyirəm. Heç zaman öz məsuliyyətimi unutmaram. Həmişə öz vətənini, evlərini tərk edən insanları düşünürəm.

- Ağdamda olmusunuzmu?

- Əlbəttə. Orada olmuşam. Amma müsahibədə bu barədə duyğularımı ifadə edə bilmərəm. Ora çox gözəl şəhər idi. Bunu ancaq öz gözlərinizlə görməlisiniz. Məni incidən odur ki, bu yerləri ziyarət edə bilmirik.

- Niyə Quzanlıda oynamırsınız?

- Biz ötən mövsümlərdə orada oynadıq. Əgər bu mənimlə bağlı olsaydı, daha çox Quzanlıda olardım. Amma təəssüf ki, futbol şəraiti xoş deyil. Bu səbəbdən Bakıda oynamaq məcburiyyətindəyik.

- Azarkeşlər üçün yaxşı olmazdımı?

- Bunu bilirik. Amma vəziyyət əlverişli deyil. İnsanlar bu komandanı sevirlər, onunla yaşayırlar.

- Bir gün təkrar Ağdama qayıdacağınızı düşünürsünüz?

- Ümidlə yaşamaq həmişə vacibdir. Allaha həmişə dua edirəm ki, Qarabağ geri qayıtsın.

- Çempionlar Liqasının qrup mərhələsi sizin üçün nə deməkdir?

- Avropanın ən nüfuzlu klub turniridir. Ən yaxşı klublar, ən yaxşı oyunçular, ən yaxşı məşqçilər burada yer alır. Biz bildiyiniz kimi kiçik bir futbol ölkəsiyik. Bu yarışda ölkəmizi və işğal olunmuş şəhərləri təmsil etmək qürurdur.

- "Chelsea"yə 0:6 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- "Qarabağ"la "Chelsea" arasında böyük fərq var. Amma yekun hesab fərqli ola bilərdi. Bu turnirdə ilk oyunumuz idi və təcrübəmiz üçün yüksək qiymət verdik. "Atletico" da "Chelsea" kimi böyük komandadır. Yaxşı məşqçilər, oyunçular və yaxşı oyun tərzi var. Əslində biz çox güclü rəqiblə qarşılaşacağıq. "Roma" haqqında isə heç nə demirəm. Bütün heyətdəki oyunçular güclüdür.

- Tottisiz "Roma"nın ilk mövsümünü necə təsvir edərdiniz?

- Totti ən yaxşılardan biri idi. Veteran olmasına baxmayaraq "Roma"nı onsuz təsəvvür etmək çətindir.

- "Qarabağ"ın azad edilməsi üçün hansı işlər görülür?

- Mən siyasətdən uzaq bir insanam. Bir şeyi bilirəm ki, ölkəmizin prezidenti İlham Əliyev işğal olunmuş torpaqları geri qaytarmaq üçün çox səy göstərir. Bəzi ölkələr də bundan narahatdır. Azərbaycan vətəndaşları olaraq biz də ÇL-də ölkəmizi təmsil etmək üçün hər şeyi edəcəyik. Bu ərazilər Azərbaycana aiddir. Bir də görürəm ki, işğal olunmuş ərazilərimiz haqqında sizin də kifayət qədər məlumatınız var. Bunun üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, mən dünyada sülhün olmasının tərəfdarıyam.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1355   Tarix: 27 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933