Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı

Azərbaycanlı oliqarxı ən yaxın adamı satdıAzərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

Bildirilir ki, Telman İsmayılovun barəsində rəsmi ittihamın irəli sürülməsinə hazırlıq onun qardaşı, sifarişli qətllərdə ittiham edilən Rafiq İsmayılovun işində mühüm şahidin meydana çıxmasıdır. Həmin şahid İsmayılovlar ailəsinə daxil idi və istintaqa İsmayılov qardaşlarının "koptevsk" mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin seriya qətllərini sifariş etdiyinə dair ifadə verib.

Mənbələr bildiriblər ki, bu günlərdə Moskvada Telman İsmayılova aid 12 ünvanda qəfil axtarışların aparılması da şahidin ifadəsi və cinayət işində yeni detalların ortaya çıxması ilə bağlı idi. Belə ki, biznesmen Sergey Qavryuşin istintaqla fəal əməkdaşlıq etməyə başlayıb. O, 15 ildən çox Rafiq İsmayılovun köməkçisi olub, İsmayılovların ailəsində bütün təsərrüfat işlərinə cavabdeh idi və dəfələrlə Telman İsmaylovun tapşırıqlarını yerinə yetirib. Qavryuşin habelə "Merkuri-R" MMC-nin baş direktoru olub. Bu şirkətin təsisçisi Rafiq İsmayılovdur. Habelə biznesmenin adına Moskvadakı "Abramtsevo" bazarı və bir sıra digər ticarət nöqtələri də rəsmiləşdirilib. "Merkuri-R" şirkəti ötən ilin sonunda Rafiq İsmayılovun həbsindən sonra ləğv edilib.

Mənbə bildirib ki, Qavryuşin faktiki olaraq Rafiq İsmayılovun "kölgəsi" idi. Ona görə də Telman və Rafiq İsmayılov qardaşları ondan çəkinmirdilər və yanında açıq söhbətlər aparırdılar. "Qavryuşin ifadə verib və istintaqa imkan yaradıb ki, İsmayılov qardaşlarının 2000-ci ildə biznesmen Andrey Lobanovun qətlində, habelə bir sıra digər cinayətlərdə əli olduğunu müəyyən etsin"-mənbə "Rosbalt"a deyib. Mənbənin bildirdiyin görə, Qavryuşin şahidlərin müdafiəsi proqramına cəlb olunub, yəni onun təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb.

Bundan əvvəl Rafiq İsmayılovun "sağ əli" hesab edilən Harri Belotserkovski də onun əleyhinə ifadə vermişdi. Belotserkovskinin ifadəsinə əsasən 2000-ci ildə o, Rafiqlə birlikdə "Praqa" restoranına gedib, orada Telman İsmayılovun söhbətinin şahidi olub. Həmin söhbətdə qardaşlar "koptevsk" qruplaşmasının lideri Andrey Lobanovun öldürülməsini müzakirə edirdilər. "Loban" ləqəbli Lobanov rəsmən "Alkor" QSC-nin vitse-prezidenti idi. 2000-ci ilin dekabrında Rafiqin silahlıları Lobanovu və mühafizəçisini evinin qarşısında avtomatla güllələyib. Biznesmen ölüb, mühafizəçisi yaralanıb.

"Hazırda şahid ifadələrinin yoxlanılması və digər mənbələrdən sübut bazasının toplanması proses gedir, o cümlədən İsmayılovların evlərində aparılmış axtarışlar aparılır. Bu işlərin yekunlaşmasından sonra Telman İsmayılovun barəsində prosessual tədbirin görülməsinə dair qərarlar veriləcək"-mənbə deyib.

Hazırda İsmayılovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, qətllər, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, qəsdən yandırma maddələri ilə istintaq gedir. Qruplaşma azı iki sifarişli qətldə şübhəli bilinir, ancaq daha üç sifarişli qətlə dair dəlillər toplanır. Qurbanlar "koptevsk" qruplaşmasının liderləri və onlara bağlı olan biznesmenlərdir.

Belə ki, 90-cı illərin sonlarında İsmayılovlar Şimal inzibati dairəsindəki gəlirli obyektlərə-Lianozovs bazarına, Qərbi Dequninodakı bazara və bir sıra digər ticarət obyektlərinə göz dikiblər. Həmin obyektlər "koptevsk" qruplaşmasının nəzarətində idi. Bu obyektlərə görə Lobanovla başlayan münaqişə sonda onun və adamlarının öldürülməsi ilə nəticələnib.

Əməliyyatçıların bildirdiyinə görə, bundan sonra İsmayılovlar Lobanovun varisləri ilə müharibəyə başlayıblar. Beş il ərzində ən azı yeddi kriminal "avtoritet" öldürülüb. Bu müharibənin akkordu 2005-ci ildə Lianozovsk bazarının yandırılması olub. Həmin yanğın Telman İsmayılovun əmri ilə törədilib. Nəhayət "koptevsk" qruplaşması və ona bağlı biznesmenlər İsmayılovların "krışası" altında işləməyə, bizneslərini bölüşdürməyə razı olublar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2452   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788