Tələbələrə ÖDƏNİŞ XƏBƏRDARLIĞI: Pulu verməyənlər dərsə BURAXILMAYACAQ - AÇIQLAMA

Tələbələrə ÖDƏNİŞ XƏBƏRDARLIĞI: Pulu verməyənlər dərsə BURAXILMAYACAQ - AÇIQLAMAAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kuryoz hadisə yaşanıb. Belə ki, universitet dekanlıqlarına sərt tapşırıq verilib. Verilən tapşırığa əsasən isə dekanlar tələbələri başlarına toplayaraq onlara bir neçə günə tam şəkildə ödəniş etmələrini tələb etməlidir. Hətta ödəniş etməyən tələbələrin sentyabr ayının 24-dən etibarən universitetə buraxılmayacağı da bildirilib.

Tələbələrə ÖDƏNİŞ XƏBƏRDARLIĞI: Pulu verməyənlər dərsə BURAXILMAYACAQ - AÇIQLAMABiG.AZ-a daxil olan məlumata görə, akademiyanın rektoru Fuad Hacı oğlu Hacıyev dekanlarını başına yığaraq onlara qəti tapşırıq verib. Tapşrılıb ki, bir neçə günə bütün tələbələr ödənişlərini tam şəkildə ödəsinlər. Bundan ilhamlanan dekanlar isə auditoriyalara daxil olaraq tələbələri universitetə buraxmamaqla qorxudub. Hətta dekanlar tələbələrə bildiriblər ki, universitetlə bağlanan müqavilənin şərtlərini diqqətlə oxusunlar. Şərtlərə görə bütün tələbələr ödənişləri tam şəkildə həyata keçirməlidir. Müqavilənin şərtlərini pozan tələbələr isə universitetə buraxılmayacaq.

Bundan narahat olan tələbələr və valideynlər universitet rəhbərliyinə müraciət etdiklərini bildirsələr də onlara heç bir cavab verilməyib. Cavab verilmədiyi təqdirdə isə redaksiyamıza müraciət edən valideynlərin və tələbələrin müraciəti əsasında araşdırmağa başladıq.

Tələbələrə ÖDƏNİŞ XƏBƏRDARLIĞI: Pulu verməyənlər dərsə BURAXILMAYACAQ - AÇIQLAMABu barədə BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov təəssüf hissi ilə qeyd edib ki, ali təhsil ocaqlarının məqsədi təhsil vermək deyil, yalnız və yalnız gəlir əldə etməkdən ibarətdir:

"Mən bu gün təəssüf hissi elə deyə bilərəm ki, ali təhsil ocaqlarımızın məqsədi təhsil vermək deyil, yalnız və yalnız gəlir əldə etməkdir. Universitet, akademiya rəhbərliyinin tələbələrdən bu qaydada ödəniş tələb etməyi yolverilməzdir. Son beş ildə 7 min tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün ali təhsil ocaqlarında təhsil ala bilməyib. Ona görə də bu ocaqlar günü-gündən haqqları azaltmaqdansa, bəzi tələbələrə güzəştlər tətbiq etməkdənsə belə sərt qadağalar qoymamalıdır.

Universitet rəhbərliyinin belə addım atması ölkə başçısının tapşırıqlarına ziddir. Ölkə başçısı deyir ki, təhsil əlçatan olmalıdır. Təhsil haqqlarının tam şəkildə ödənilməsi yalnız birinci kurslara şamil edilir. Digər kurslar isə semestr ərzində ödənişlərini hissə-hissə ödəyə bilərlər. Bu onların haqqıdır. Heç bir rektor məcbur şəkildə belə tələb qoya bilməz. Bunun heç bir qanuni əsası yoxdur".

Məsələ ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əlaqə saxlamağa çalışsaq da mətbuat xidmətinin əməkdaşı (+99412 564 91 12) bu suala cavab verə bilməyəcəyini, bu barədə yalnız mətbuat katibinin danışa biləcəyini bildirdi. Mətbuat katibi Dilarə Əsgərova isə zənglərimizə cavab vermədiyi üçün akademiyanın mövqeyini öyrənə bilmədik.

Mövqelərini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2588   Tarix: 22 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995