Mədəsini kiçildən əməkdar artist TANINMAZ HALDA - VİDEO

Mədəsini kiçildən əməkdar artist TANINMAZ HALDA - VİDEO

"Mən illərlə mədə ağrısından çox böyük əziyyət çəkdim. Bu ağrı mənə çox böyük fəsadlar verirdi. Təzyiqim, şəkərim qalxırdı. Təsəvvür edin, biz İrana getmişik. İşçilərimiz İrandan ədviyyatlar alıb gəlir, mənsə bir çamadan dərmanla geri qayıdırdım. Çox əziyyət çəkirdim. O qədər bezmişdim ki... Dedim buna son qoymalıyam. Nəticədə, mədə əməliyyatı etdirdim”.

BiG.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Nahidə Orucova "ARB Ulduz"a açıqlamasında deyib.

Aktrisa bildirib ki, səhhətində yaranan problem artıq həll olunub. Orucova yeni görünüşündən söz açıb:

"Bu gün sağlamamsa, kinolarımda, səhnədə hər kəs bunu görür. Həmişə göz önündəyəm. Hamı görür ki, indi heç bir fəsad yoxdur. Əksinə özümü çox sağlam hiss edirəm. O qədər yüngülləşmişəm. Qanadım yoxdur uçmağa. Sosial şəbəkələrdə mənə yazıb sual verirlər ki, Nahidə xanım, necə gözəl arıqlamısınız. Hansı pəhrizdən istifadə etmisiz, kiminlə işləyirsiniz? Vaxtilə dietoloq Leyla Zülfüqarovayla işləmişəm. Ancaq mənim vaxtım olmadığına görə sistemli pəhriz saxlaya bilmirdim. Mən hamıya deyirəm ki, əməliyyat olunmuşam”.

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 5368 Tarix: 21.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ULUSH
ULUSH 21.09.2017
Duz deyir artiq ceki ozu bir xestelikdi