Azərbaycanda zəlzələ oldu: Təkanın gücü...

Azərbaycanda zəlzələ oldu: Təkanın gücü...

Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, maqnitudası 3.8, dərinliyi 5 km olan təkanlar yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Report-un məlumatına görə, zəlzələ həmçinin Zaqatalada da hiss olunub.

Yerli sakinlər təkanların güclü olduğunu bildiriblər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1255 Tarix: 21.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol