Qəlyana qadağa: Hansı məkanlarda qoyulacaq?- Deputat açıqladı

Qəlyana qadağa: Hansı məkanlarda qoyulacaq?- Deputat açıqladıBu gün qəlyan gənclərin ən sevimli məşğuliyyətinə çevrilib. İki addımdan bir qəlyan salonlarına rast gəlinir. Gənclərin isə bu salonlara üz tutması adi hal alıb. Qəlyanın siqaretdən də təhlükəli olduğunun fərqinə varmayan valideynlər övladlarına bu məsələdə azadlıq veriblər. Amma sirr deyil ki, qəlyan narkotik qəbuluna yol açan ilk mərhələdir.

BiG.AZ cəbhə.info-ya istinadən xəbər verir ki, qəlyanın istirahət və əyləncə məkanlarından yığışdırılması məsələsi bir müddət əvvəl Milli Məclisin gündəliyinə çıxarılmışdı. Milli Məclisin "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova demişdi ki, təhsil müəssisələrinə yaxın yerlərdə qapalı məkanlar olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir. Millət vəkili bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında" qanun layihəsinə əlavələr edilməsinin vacibliyini irəli sürərək, yeniyetmə gənclərin qəlyana maraq göstərməməsi üçün ciddi addımlar atılmasının vacibliyini bildirmişdi. Bundan əlavə millət vəkili Araz Əlizadə də qəlyanın çəkilməsinə qarşı çıxaraq qeyd etmişdi ki, Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir.
Yenidən Milli Məclis ölkədə narkotik vasitə kimi sulu qəlyanın qadağan edilməsini tələb edib. Belə ki, deputat Araz Əlizadə sulu qəlyanın tam qadağan edilməməsinin səbəbini araşdırmağı tələb edib, bunun arxasında kimlərinsə olduğunu iddia edib. O qeyd edib ki, ötən sessiya zamanı qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda sulu qəlyandan istifadənin bir sıra yerlərdə məhdudlaşdırılması yer alsa da, bu, kifayət deyil. Millət vəkili sulu qəlyanın birdəfəlik qadağan edilməsini vacib sayıb. Bunun arxasında müəyyən lobbilərin dayandığını deyib.

Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev "Cümhuriyət" qəzetinə açıqlamasında deyib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında" Qanun Sosial Siyasət Komitəsində işlənilib. Birinci oxunuşdan keçib: "Payiz sessiyası başlayanda da növbəti oxunuşdan keçəcək və qanun qəbul olunacaq. Bu qanunda qaydalar sulu qəlyanlar, siqaret və digər tütün məhsulları ilə bərabər tutulur. Siqaret çəkilməsi yasaq olan bütün qapalı məkanlarda sulu qəlyan çəkilməsinə də qadağa qoyulacaq. Amma açıq məkanlarda icazə var. Açıq kafelər də sulu qəlyanlara qadağa olmayacaq. Dünyanın bütün ölkələrində bu təcrübə var. Məndən olsa, buna bütövlükdə qadağa qoyulardı. Amma cəmiyyətin də öz tələbləri, istəkləri var ki, onların hamısına qarşı getmək olmaz".

Qəlyana qadağa: Hansı məkanlarda qoyulacaq?- Deputat açıqladı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1182   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147