Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə getdi, valideynlər YENƏ NARAZIDIR - VİDEO

Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə getdi, valideynlər YENƏ NARAZIDIR - VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva valideynləri iki gündür aksiya keçirən Bakı Məktəb Lisey Kompleksinə (200 və 43 saylı məktəb) gedib.

İdarədən lent.az-a verilən məlumata görə, M. Vəliyeva məktəbin kollektivi ilə görüşüb, öz tövsiyələrini verib.

BiG.AZ-a danışan valideynlər isə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın dediklərinə qane olmadıqlarını, direktorun çıxarılmayacağına dair təminat verilməsini istədiklərini bildiriblər:

"Biz istəmirik ki, Qafar müəllim belə hörmətsiz şəkildə bəhanələrlə çıxarılsın. Biz nazirliklə də əlaqə saxlamışıq, bizə deyirlər ki, artıq Qafar müəllim işdən azad edilib, əmri verilib. Bura da nümayəndələr, məktəb müəllimləri çıxıb deyirlər ki, Qafar müəllim işdən çıxarılmayacaq. Biz kimə inanaq? Əgər Qafar müəllim işdən azad edilsə biz övladlarımızı məktəbdən kütləvi şəkildə çıxardacağıq".

Xatırladaq ki, 43 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəb direktoru Qafar Hüseynovun bülletenə çıxma adı ilə işdən azad olunmasına, onun yerinə isə Əfqan İskəndərovun gətirilməsinə etiraz edərək bu gün səhər saatlarında yolu bağlayaraq aksiya ediblər.

Rövşən Əsədov



f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2292 Tarix: 21.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol