Bakının mərkəzi necə dəyişiləcək?

Bakının mərkəzi necə dəyişiləcək?Milli.Az-ın məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov Day.Az saytına bildirib. O, ötən il Səbail rayonunda çox iş görüldüyünü və bu işlərin indi də davam etdirildiyini söyləyib.

««Bakıelektrikşəbəkə» ASC-nin «Badamdar», «Dağüstüpark», «İçərişəhər» yarımstansiyalarının, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adına parkın, 6 saylı tam orta məktəbin, Fikrət Əmirovun abidəsinin və parkın, «Hilton Baku» otel kompleksinin, Azərbaycan Dövlət Mahnı Teatrının binasının, Neftçilər prospektində 6 ədəd yeni piyada keçidlərinin, Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimləri keçirilib», - deyə İ.Kərimov bildirib. Onun sözlərinə görə, hazırda ilk növbədə, Dövlət Bayrağı Meydanı yaxınlığında 23 min tamaşaçı yerlik «Baku Cristal Hall»ın tikintisi çox böyük sürətlə aparılır. Bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, ətrafın abadlaşdırılması, yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. «Eurovision-2012» mahnı müsabiqəsinə hazırlıqla bağlı rayon ərazisində yeni «Four Seasons» və «Marriot» (Abşeron) mehmanxanalarının, «Flame Tower» (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir.

Hazırda Şəhidlər Xiyabanı Kompleksinin bir hissəsində də əsaslı təmir-yenidənqurma işləri aparılır: «Burada Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir. Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması aparılır. Paytaxtın ən məhşur tarixi abidəsi olan «Qız qalası»nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır. XI əsr abidəsi olan «Həzrət Məhəmməd» məscidində də bərpa və konservasiya işləri aparılmış və hazırda məscidin daxilində təmir davam edir».

İ.Kərimov bildirib ki, 2011-ci ildə Səbail rayon Enerji Təchizatı və Satış İdarəsinin yeni inzibati binası istifadəyə verilib, Azərbaycan Dövlət İqtisad Universitetinin, Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binalarında aparılan təmir işləri başa çatdırılıb, İçəri şəhərdə «Arxeoloji park» adlı istirahət güşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılışı keçirilib. Hazırda Dövlət Musiqili Komediya Teatrının, «Səadət sarayı»nın və Dövlət Filarmoniyasının binalarında əsaslı təmiri aparılır, xalq şairi Səməd Vurğunun ev-muzeyinin də əsaslı təmirinə başlanılıb.

Bu gün Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində «İş Adamları Mərkəzi»nin, Neftçilər prospektində yeni yeraltı keçidin, yeni «İçərişəhər», «Yeni Bayıl» və «Bayraq Meydanı» yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, Azadlıq Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların, yeni su anbarlarının tikintisi aparılır. Mərkəzdə «Cənub» mehmanxanası sökülür, KİV işçiləri üçün 146 mənzilli yeni binanın tikintisi nəzərdə tutulub və sair.

İcra hakimiyyətinin rəsmisi bildirib ki, mərkəzdə binaların üzlənməsi və fasadların təmiri, mağazaların üzlənməsi davam etdirilir, şəhərin mərkəz hissəsinə xüsusi gözəllik verən yeni mətbuat köşkləri və müasir dayanacaqlar quraşdırılır: «Səbail rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına ötən il «Abad həyət» layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 14, Mətbuat prospekti 2, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanda yerləşən həyətlərdə əsaslı təmir işləri aparılıb. Badamdar yolunun kənarında istifadəyə verilmiş xeyir-şər evinin yanında 250 nəfərlik əlavə yeni mərasim zalı tikilib, 39 və 332 saylı uşaq bağçaları əsaslı təmir olunub, istirahət üçün yeni guşələr yaradılıö, ümummilli lider Heydər Əliyevin büstünün ucaldılacağı Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb».

Ötən ilin yayında 2 saylı Texniki-Humanitar Elmlər liseyi, 51, 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya, 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq yaradıcılıq və 35 saylı Texniki Yaradıcılıq Mərkəzləri əsaslı, 239 saylı orta məktəb isə RİH tərəfindən cari təmir olunub.

Hazırda 3 saylı Uşaq Musiqi məktəbi sökülərək yenidən tikilir, 203 saylı orta məktəbdə isə təmir-yenidənqurma işləri aparılır. «7 saylı orta məktəb üçün idman və akt zalı olan ılavı, 49 saylı intellekt liseyi üçün yeni 660 şagird yerlik əlavə korpuslar tikilir», - deyə İ.Kərimov bildirib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7730   Tarix: 10 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877