Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK

Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK

Azərbaycan əhalisi elektrik enerjisi üçün ön ödəmə SMART-kartlarının balansını “MilliÖn” terminalları vasitəsilə yükləmək imkanı əldə edib.

BiG.AZ xəbər verir ki, bu barədə “Komtec” şirkətinin rəsmi səhfəsində (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) məlumat verilib.

Məlumatda qeyd olunur ki, SMART-kartları hələlik Gəncə, İsmayıllı, Sumqayıt və Abşeron yarımadasındakı terminallarda yükləmək mümkün olacaq.

Şirkətdən o da məlumat verilib ki, yaxın zamanlarda Gəncədə SMART-kart yükləmə funksiyalı “MilliÖn” terminallarının sayı artırılacaq: “Bundan başqa, gələn həftə yeni funksiya Mingəçevir, Bərdə və Şəmkirdəki terminallarda işə salınacaq”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2068 Tarix: 21.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər