"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- İntihar edən polkovnikin qardaşı

"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- İntihar edən polkovnikin qardaşıDövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə və 2014-cü ildə "Azərsu" ASC-də iqtisadçı vəzifəsində işləmiş Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işinin materialları tələb olunub.

Hakim bildirib ki, həmin cinayət işində M.Mustafayevə aid olan şahidlərin ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.

Daha sonra M.Mustafayevin vəkili Adəm Məmmədov qeyd edib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, M.Mustafayevin MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilməsi qabaqcadan qurulmuş oyundur.

Daha sonra çıxış edən Mətləb Mustafayev bildirib ki, 2014-cü ildə MTN-də işləyən kiçik qardaşı Malik Mustafayevlə birgə nazirliyə gedib: "Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov məni yanına çağırır. Çünki Eldar Mahmudov qardaşımdan məni soruşmuşdu. Mənim Kərəm Həsənovla niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon Məhkəməsinə, "Xalq", "Respublika" və "Azərbaycan" qəzetlərinə müraciət etməyimi irad tutub. Mənim nazirliyə gəlməyimi istəmişdi. Maliklə gəldim, məni Elçin Quliyev və İlqar Əliyev qəbul elədi".

Mətləb Mustafayev qeyd edib ki, 2014-cü il sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib: "Görülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsilə Elçin Quliyevə zəng edib bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qayda vasitəsi ilə Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb".

MTN işində zərərçəkən çıxışında nazir müavinləri olmuş Hilal Əsədova, Əli Şəfiyevə və Elçin Əliyevə, həmçinin, idarə rəisləri olmuş – " Əlimusa Əliyevə, Məzahir Yaqubova, Nəcməddin Həmidova, Pərviz Səfərova, Mövlan Şıxəliyevə müraciət edib: "Bu şəxslərdən soruşmaq istəyirəm ki, nə səbəbdən nazir Eldar Mahmudovun qanunsuz hərəkətlərinə "dayan" deməyə cürət etməyiblər? Eldar Mahmudov məndən və qardaşımdan nə istəyib? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazım idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimiz də işğal altında olan kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər etməkdə məqsədi nə olub?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1525   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 182
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341