Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı?

Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

BiG.AZ xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb.

Sayt məlumatı dəqiqləşdirmək üçün sözügedən liseylə əlaqə saxlayıb.

Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: "Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov da danışıb. O qeyd edib ki, azırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: "Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki, sabiq nazir Xarici İşlər Nazirliyinin yanındakı evini də satışa çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2048 Tarix: 20.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər