Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: PULSUZ OLACAQ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: PULSUZ OLACAQ

"Azərtelekom" MMC Bakı metropoliteninin qatarlarında "Wi-Fi" şəbəkəsinin yaradılmasını təklif edir.

BiG.AZ-ın trend-ə istinadla məlumatına görə, bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli "Caspian European Club"ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.

Onun sözlərinə görə, "Azərtelekom" bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib: "Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq".

S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4498 Tarix: 20.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
kafi
kafi 21.09.2017
Ay Allah kimin neyine lazimdirki onu cekdiklerine ele usaqlar mekeb paltarina gore kitaba qeleme mekteb puluna gore mektebe gede bilmirler onlara komek edib mektebe celb eek lazimdir vifi lazim deyil heckime wukur hamida meqabayt var vifide evde var da onsuzda.


 
ataxanli
ataxanli 20.09.2017
nə yaxşı :) əla olar ki
jck