"Ermənistan siyasi rəhbərliyinə çox ciddi təzyiq var"

"Ermənistan siyasi rəhbərliyinə çox ciddi təzyiq var"Edvard Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağı ilə bağlı siqnal verib.

Ermənistan XİN başçısı Altıncı ümumerməni "Ermənistan-Dispora" forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib ki, o ərazilərin qaytarılmasından söhbət gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz.

Edvard Nalbandyanın səsləndirdiyi fikirləri politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a şərh edib:

"Danışıqlar rəsmi Moskvanın dəstəyi ilə çox intensiv şəkildə həyata keçirilir. Bu məsələlər uzun müddət idi ki, gündəmə gəlirdi. ATƏT-in Minsk qrupu, Türkiyə, Avropa dövlətləri və ABŞ Dağlıq Qarabağ probleminin həllində bir o qədər gücə, təsirə malik deyil, nəinki Rusiya. Son illər müşahidələr onu göstərir ki, Rusiya ilə Azərbaycan tərəfi birgə iş görməyə başlayıb. Bu əslində təqdirəlayiq haldır. Bu işbirliyində ehtiyatlı olmaq lazımdır. Ancaq çox əlamətdar haldır ki, Rusiya siyasi rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sözün həqiqi mənasında sülh yolu ilə həll edilməsi istiqamətində öz maraqlarını artıq praktik işlə göstərməyə çalışır.

Aydın məsələdir ki, Rusiya məqsədlərinə, maraqlarına zidd hansısa hərəkətlərin baş verməsinə icazə verməyəcək. Rusiyanın istəyi odur ki, NATO regiona, Xəzər hövzəsinə girməsin, İrana qarşı Azərbaycandan hansısa bir formada istifadə olunmasın, Şimali Qafqazda separatizm baş alıb getməsin və bu separatizmdə Qafqaz ölkələrindən istifadə edilməsin. Rusiyanın özünün maraqları var və kimsə düşünməsin ki, rəsmi Moskva kiminsə qara qaşına, qara gözünə aşiq olub.

Edvard Nalbandyanın bəyanatındakı səmimiliyə gəldikdə isə politoloq bildirdi ki, Edvard Nalbandyan Ermənistanın xarici işlər naziridir və o erməni maraqlarından çıxış edir:

"O, bir addım da Ermənistan maraqlarından geri çəkilməyəcək. Çox güman ki, Edvard Nalbandyan və Ermənistan siyasi rəhbərliyinə çox ciddi təzyiq var. Rusiya xarici siyasətində 100 qanad varsa, Ermənistan biridir. 99 qanad güc gələndə 1 qanad da güzəştə gedilir. Ola bilsin ki, danışıqların gedişində müəyyən qarantiyalar almaq istəyirlər. Heydər Əliyev dəfələrlə çıxışlarında bildirmişdi ki, Dağlıq Qarabağa ən yüksək muxatriyyət statusu verə bilərik. Rusiya isə istəyir ki, Azərbaycan Avrasiya birliyində, Gömrük birliyində təmsil olunsun. Şanxay əməkdaşlıq təşkilatı nə qədər Çinin layihəsi olsa da, Rusiya Azərbaycanı orada görmək istəyir.

Dağlıq Qarabağ problemi ilə bağlı çox ciddi danışıqlar gedir və yuxarıda qeyd etdiyim məsələlər mütləq diqqətə alınmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443