"Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin"- Məşhur prodüsserdən cavab

"Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin"- Məşhur prodüsserdən cavabYerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulur.

BiG.AZ cebhe.infoya istinadən xəbər verir ki, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib. "Bu gün onlarla məşhur müğənni, prodüsser, təşkilatçı var ki, insan alverilə məşğuldur, ona-buna qız "daşıyır". Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər", – əməkdar artist bildirib. Azxeber.com yazır ki, əməkdar artist, həmçinin həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya biləcəyini deyib.

"Pişik" ləqəbli müğənni Günel Ələkbərova məsələyə münasibət bildirərkən deyib ki, yerli şou-biznesdə qadın alverinin mövcudluğundan xəbərsizdir: "Hər kəsin öz fikri var, onu söyləməkdə azaddır. Mənim həddimə düşməz. Qadın alverinin olub-olmadığı haqda heç nə bilmirəm. Başqaları da mənə ümumiyyətlə, maraqlı deyil. Cavanşir Məmmədova hörmətim var, yaşda və sənətdə bizdən böyükdür. O, elə deyibsə, yəqin bunu hamıya şamil etməyib. Amma ad çəkərdi, biz də bilərdik. Mənə də maraqlıdır, görəsən onlar kimdir? Bizim şou-biznesdə qadın alveri ilə məşğul olan adamlar haqda bir söz deyə bilmərəm, rastıma çıxmayıb. Hətta o işlə məşğul olan adam deməyəcək ki, mən qadın alverilə məşğulam?! O, yaşda böyükdür, amma efirdə belə açıqlama vermək yaxşı deyil. Ona görə yaxşı deyil ki, bizim müğənnilik sənəti o qədər məsuliyyətlidir... Həm məsuliyyətli, həm də şərəfli sənətdir. Onsuz da müğənnilər gündəmdə olduğu üçün hamı onlarla bağlı ağzına gələni danışır. Belə danışan adamlara mövzu vermək lazım deyil. Yenə də deyirəm ki, Cavanşir Məmmədov ad açıqlayardı. Çünki o da bu sənətdədir. Ən azından bu sənətə hörmət olaraq, gərək belə sözlər danışmayaydı".

Prodüsser Təranə Səmədova əməkdar artistin sözlərinə sərt reaksiya verib: "Cavanşir Məmmədova bu mövzuya müdaxilə etməyi, danışmağı yaraşdırmadım. Ayıbdır. Onsuz da o, geyimi ilə gündəmə gəlmək istədi, güllü köynək geyindi, pencəyinin bir qolunu kəsdirdi, alınmadı. Mən təklif edirəm ki, Cavanşir Məmmədov şalvarının bir ayağını kəsdirsin, amma belə mövzulardan danışmasın. Bu elə bir mövzudur ki, səlahiyyətli orqanların, bu işlə məşğul olan insanların mövzuya həssas yanaşmalarına təkan vermiş olur. Belə çıxır ki, sən özün qız "çıxarırsan". Meymun baxır güzgüyə, adını qoyur özgəyə... Şou-biznes adına ləkə gətirən insanlar var. Amma Cavanşir Məmmədov niyə mövzuya toxunur, belə danışır? Bu işlə məşğul olan müğənnilər, aktyorlar var, ya da yoxdur, bilmirəm. Amma Bakı balaca şəhərdir. Elə müğənniləri İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırırlar ki... Mən özlüyümdə deyirəm ki, o yetimi ora niyə çağırıblar? Elə müğənnilərimizi nahaqdan ora çağırıblar ki, mənim tüklərim biz-biz olub. Ayıbdır, bu mövzuya niyə toxunurlar, anlamıram".

Məsələyə müğənni Əli Mirəliyev də münasibət bildirib. Həmkarının söylədikləri ilə razılaşdığını deyib: "Siz şou-biznes adlandırdığınız bizim mətbəximizdir, içində baş verənləri bayıra çıxarmaq istəmirik. Amma deməliyəm ki, Cavanşir Məmmədovun sözündə həqiqət var. Cavanşir dünənin oxuyanı deyil. Keçən əsrin sənətkarıdır. Gözəl qarmon çalan olub. Şövkət Ələkbərova, Rübabə Muradova,Qulu Əsgərov, İsmayıl Rzayev, Zaur Rzayev, Akif İslamzadə, Cavanşir Məmmədov, mən... Biz minlərlə toya getmişik. Cavanşir hər cür adam görüb. Onun bununla bağlı çox böyük məlumatı var. Bilirsiniz, indi 5 manata görə hər şeyə gedirlər. O qızlar da bizimdir. Satan da bizimdir, alan da. Əyər-əskiyimizi bayıra çıxarmamalıyıq, hər şey evin içində olmalıdır. Cavanşirin sözlərində həqiqət var, mən onu dəstəkləyirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3018   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

22:15 2
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 806
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 365
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

21:30 0
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1478
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1303
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 471
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 795
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

20:45 0