Kirayə mənzil bazarında dərəbəylik: Bakıda oğlanlara ev verilmir

Kirayə mənzil bazarında dərəbəylik: Bakıda oğlanlara ev verilmirYeni tədris ilinin başlaması ilə əlaqədar ənənəvi olaraq avqust-sentyabr aylarında kirayə mənzil bazarında qiymətlərin bahalaşması müşahidə edilir.

BiG.AZ qaynarinfo.az-a istinadən xəbər verir ki,analoji hal bu il də baş verdi. Hər kirayə verilən evin qiyməti minimum 50-100 manat bahalaşıb. Bunu həm kirayə mənzil sahibləri, həm də ekspertlər iddia edir. Bildirirlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kirayə mənzillərin qiyməti kəllə-çarxa qalxıb. Hətta 250 manata birotaqlı ev tapmaq mümkün deyil. Bahalaşmada ev sahibi ilə birbaşa vasitəçi olan maklerlərin də rolu az deyil. Bu sahədə "at oynadan" maklerlər hər mənzildən 100-150 manat qazanc əldə edirlər. Bir sözlə, maklerlərin özbaşınalığı və hərc-mərcliyi kirayə mənzil bazarındakı vəziyyəti iflic duruma salıb.

Kirayə mənzillər baha, satışda evlər ucuzdur

Maraqlıdır ki, son aylarda mənzil satışındakı qiymətlərdə isə kirayələrdən fərqli olaraq qiymətlərdə ucuzluq müşahidə olunur. Amma ehtimal olunur ki, bu hal yaxın bir-iki ay üçün qüvvədədir. Kirayə mənzil bazarında çoxdandır ki, ciddi problemə səbəb olan bir məsələ də gündəmə gəlib. Belə ki, oğlanlara kirayə ev verilmir. Səbəbi müxtəlif olsa da, ev sahibləri mənzillərini oğlanlara verməkdən çəkinir.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov "Cümhuriyət"qəzetinə açıqlamasında deyib ki, avqust ayının sonu, sentyabr ayının isə əvvəli kirayə mənzil bazarının mövsümü olduğu üçün qiymətlər artır:

"Amma satışda qiymətlər azalıb. Çünki avqust və sentyabr aylarında insanların çoxu məzuniyyətdə olur və ya məzuniyyətdən yeni qayıdır. Yəni bazar üçün mövsüm ayı deyil. Satış bazarı üçün oktyabr, noyabr və dekabr ayları münasib olacaq. Yəni o aylarda aktivlik artacaq və qiymətlərdə bahalaşma da məhz o zaman özünü göstərəcək. Kirayə evlərin qiymətlərində oktyabr ayının ikinci yarısından sonra stabilləşmə gözlənilir. Məhz ilin sonuna doğru azalma olacaq. Təxminən proseslərin əksi baş verəcək".

Bəs oğlanlara niyə kirayə mənzil verilmir?

Ekspert bununla bağlı deyib ki, mənzil sahibləri oğlanlara kirayə evi verməyə meyilli deyillər:

"Bunun da səbəbi oğlanların kirayə mənzil sahiblərini çox incitmələridir. Evdə problemlər yaşadırlar, mənzilə yaxşı baxmırlar. Ev sahibi çox zaman polisə çağırılır. Amma qız uşaqlarında bu problemlər olmur. Ev sahibləri mənzillərini daha çox qızlara verməkdə maraqlıdırlar. Düşünürlər ki, qızlarla hər hansı problem yaşamayacaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1455   Tarix: 17 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586