"Mavilər" haqda bilmədiyiniz faktlar - FOTO

"Mavilər" haqda bilmədiyiniz faktlar - FOTOABŞ-ın Kentukki əyalətində yaşayan ailə bütün dünya mediasının diqqətini çəkib. Belə ki, ailənin illərdir müalicəsi tapılmayan genetik problemi var. Onlar 200 ildir mavi dəri ilə yaşayırlar.

BiG.AZ publika.az-a istinadən sizə "Mavilər" nəsli adlandırılan ailə haqqında maraqlı faktları təqdim edir:
Ailənin ilk üzvü 1975-ci ildə dünyaya gələn Benjamin Stasidir. Doğulan uşaq ailəsi ilə yanaşı, həkimləri də şoka salıb. Həkimlər bu qeyri-adi vəziyyət üzündən o qədər qorxmuşdular ki, körpəni dərhal qəsəbədən çox uzaqda yerləşən xəstəxanalardan birinə göndərmişdilər. Onun dərisi "Avatar" filmindəki Navi xalqındakı kimi mavi olub. 200 ildir bu nəsildə dünyaya gələn fərdlər mavi dəri rəngi ilə yaşamağa məhkumdurlar. Genetik sirrin pərdə arxası məqamlarını isə amerikalı alim aşkarlayıb. O, bunun səbəblərini araşdırmış və onun qarşısını almaq üçün xüsusi həblər hazırlamışdır. Bu gün ailənin hələ də mavi dəri rəngi ilə doğulan fərdləri var. Onlar həyatlarını normal şəkildə davam etdirə bilirlər. Cəmiyyətdə onları digərlərindən fərqləndirən sadəcə dərilərinin rəngidir.Benjaminin nənəsi və atası daha əvvəl də onların ailəsində mavi dərili körpələrin dünyaya gəldiyini deyiblər. Hadisədən düz 197 il əvvəl Kentukki dağlarında dünyaya gələn uşaq ilk mavi nümayəndə idi.

Benjaminin nənəsi 1820-ci ildə fransız əsilli Martin Fuqeyt adında gənc oğlanın Yelizaveta Smit adlı bir qadın ilə evlənməsindən başlayıb. Martinin qəribə və soyuq dəri rəngi olub. Onların 7 övladı dünyaya gəlib və son 4 övladları mavi rəngdə olub. Analizlər nəticəsində məlum olub ki, onların hər ikisinin genlərində mənbəyi məlum olmayan genlər var.

O zamanlar dağın ətəyindən şəhərə enmək çətin olduğu üçün Fuqeyt ailəsi uzun müddət hər kəsdən kənarda yaşayıb. 1910-cu ilin əvvələrindən etibarən isə onlardan bəziləri ailə quraraq şəhərə yerləşməyə başladı. Dünyaya gələn hər bir körpə mavi dəri sindromunu özü ilə davam etdirirdi. Soy ağacı genişləndikcə nəsildə mavilərin sayı da artırdı. Ailə üzvləri cəmiyyətin baxışından bir araya yığışa bilmirdilər.
Ailənin ən qocaman üzvlərindən biri "Şirin Baba" ləqəbli Pol Karason 2013-cü ildə dünyasını dəyişib. İki əsr şəhər həyatından, cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayan ailə genetik problemləri ortaya çıxdıqca bir sıra problemlərlə üzləşməyə başlayıb. Və bir gün ABŞ-ın tibb universitetində çalışan hematoloq Medison Kaveyin onları kəşf edib.

Ailənin genetikasını araşdıran Medison onların qanlarında Eskimo xalqında da rast gəlinən çox miqdarda "methemoglobin" olduğunu aşkarlayıb. Fuqeyt ailəsinin irsi qan pozuntusunun səbəbi, qanın tərkibində olan methemoglobinin, yəni oksigen daşıyan sağlam qırmızı hemoqlobin zülalının disfunksional mavi versiyasının çox olmasıdır. Qırmızı qan hüceyrələri dərinin soyuq havalarda çəhrayı rəngə çalmasını təmin edirsə, Fuqeyt ailəsində qırmız hemoqlabin miqdarı az olduğu üçün dəriləri çəhrayi deyil mavi rəngə çalır.

Bu qan xəstəliyi, resesif bir genin nəticəsidir. Ailənin hər iki üzvündə bu problem olduğu üçün və onlar uzun müddət kənar şəxslərlə ailə qurmadıqları üçün bu mavilik sindromu genişlənib. Bəlkə də digər insanlarla ailə qursaydılar bu genetik sindrom aradan qalxmış olardı. Fuqeyt ailəsinin üzvləri bu gün də mavi olaraq dünyaya gəlirlər. Lakin artıq bunun həll yolu tapılıb.
Medison bu genetik xəstəliyi müalicə edə bilən ilk həkimdir. Tədqiqatçı bədəndə olan methemoglobini normal hemoqlobinə çevirən tabletlər hazırlayıb. Bunların sayəsində onların dəri rəngi maviyə deyil çəhrayi rəngə(normal dəri rəngi) çalır. Bu müalicəni ömür boyu davam etdirmək onların yeganə çıxış yoludur.
Maraqlı bir nüans da odur ki, bu gün həmin həbləri qəbul edən ailə üzvləri gərginlik və əsəbilik göstərərsə, həblərin tərkibindəki boyaq maddə təsirini itirir və onların dərisi yenidən maviləşməyə başlayır.

"Mavilər" haqda bilmədiyiniz faktlar - FOTO"Mavilər" haqda bilmədiyiniz faktlar - FOTO"Mavilər" haqda bilmədiyiniz faktlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5622   Tarix: 16 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580