Tanınmaz hala düşən "Faytonçu" Nazim onu bu günə qoyan həkimi POLİSƏ VERDİ

Tanınmaz hala düşən "Faytonçu" Nazim onu bu günə qoyan həkimi POLİSƏ VERDİ

Xəbər verdiyimiz kimi, “Faytonçu” Nazim (Nazim Pişyari) onu əməliyyatla pis hala salan “Elmed” klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, artıq müğənni bu barədə prokurorluğa müraciət edib.

O bildirib ki, Nazim Pişyari ona dəyən 62 min dollar dəyərində maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə yaxın günlərdə məhkəmədə iddia qaldıracaq.

“Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Eyni zamanda, Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlanacaq. Sənədlər gələn həftə isə məhkəməyə təqdim olunacaq”.

Xatırladaq ki, öd kisəsindən əziyyət çəkən müğənni 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1552 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol