Hacıbala Abutalıbovun bağlatdırdığı "26" kafesinin icarədarı HƏBS OLUNDU - FOTO

Hacıbala Abutalıbovun bağlatdırdığı "26" kafesinin icarədarı HƏBS OLUNDU - FOTO

Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış "26" kafesinin icarədarı həbs olunub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.

Qeyd edək ki, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.

H. Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində "26" adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, "26" sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur".

H. Abutalıbov obyektin icarədarları və havadarlarının qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarını da bildirib.

Hacıbala Abutalıbovun bağlatdırdığı "26" kafesinin icarədarı HƏBS OLUNDU - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1222 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol