MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - ŞOK İFADƏLƏR

MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - ŞOK İFADƏLƏRLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib.

O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natavan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam".

Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib. "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".

Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".

Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.

İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib.

O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb.

Vüqar Mahmudov deyib ki, MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam. O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi".

Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib.

Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı".

Şahid bildirib ki, bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".

Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var. Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir".

Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək".

Prokuror arayış bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.

Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim, mən heç kimin malını götürməmişən. Dedim, bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".

Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki, dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".

Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymr Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər.

Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".

Məhkəmə sebtyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693