Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: Ana qucağındakı körpəsini xilas etdi, özü isə öldü

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: Ana qucağındakı körpəsini xilas etdi, özü isə öldü

Bu gün səhər Bakıda iki sərnişin avtobusu dəhşətli qəza törədib.

BiG.AZ baku.ws-a istinadən xəbər verir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, qəza zamanı yeni ana olmuş qadın dünyasını dəyişib.

Qəza Yasamal rayonu ərazisində baş verib. Qucağında körpə uşaq olan cavan qadın 18 saylı avtobusdan düşərkən 39 saylı avtobusa çırpılıb. Günel adlı ana uşağı kənara ataraq xilas edə bilsə də, özü dünyasını dəyişib.

Avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirildi ki, baş vermiş hadisə dərhal araşdırlacaq. Ölüm hadisəsində, qəzada günahı olan sürücü ağır cəzalandıralacaq, işdən çıxarılacaq. BNA-dan bildirildi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məşğul olur, sürücünün tapılması istiqamətində müvafiq tədbirlər görülür.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2103 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Feminaimortalis
Feminaimortalis 14.09.2017
ona gore deyirler analar ne cekir biz boyuyunce