İŞİD terrorçularının azərbaycanlı xanımları: "Biz qatil deyilik" – VİDEO

İŞİD terrorçularının azərbaycanlı xanımları: "Biz qatil deyilik" – VİDEOSəngimək bilməyən qisas qorxusu və evə dönüşlə bağlı illüzor arzular... "İraq və Şam İslam Dövləti" (İŞİD) mənsubu olan, indisə əsir düşmüş terrorçuların İraqdakı həbsxanalardan kənarda olsalar da, az qala məhbus həyatı yaşayan arvadlarının durumu çox pisdir.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, RT telekanalının hazırladığı reportajda bildirilir ki, bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir.

Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar.

"Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik", - İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.

İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib.

Qadınların əksəriyyəti Türkiyə vətəndaşlarıdır və aralarında postsovet ölkələrindən, o cümlədən Rusiyadan, Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan qadınlar da var.

Bu qadınlar uşaqları ilə birlikdə həbsxananın həyətindəki çadırlarda yaşayırlar.

Qadınlardan biri deyir: "Bizi buraya gətirəndə bir qadın özünü partlatdı. Əsgərlər atəş açmağa başladılar".

İŞİD terrorçusu olan əri Mosulda öldürülmüş başqa qadın isə ağlayaraq söyləyir: "Evə qayıtmaq istəyirəm. Buraya təsadüfən gəldim. Gerçəkdən də, evə dönmək istəyirəm. Yalvarıram, məni buradan çıxarın".

Həbsxananın yeri açıqlanmır, çünki ailə üzvlərini və yaxınlarını İŞİD terrorçuları qətlə yetirmiş iraqlılar ələ keçmiş qadınlarla uşaqlardan qisas ala bilərlər.

Həbsxananın həyətindəki çadır düşərgəsi BMT-nin nəzarətindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888