Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlandı

Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlandıAzərbaycanda meşə fondları ərazilərində yanğınların baş verməsi kənar müdaxilənin nəticəsidir.

BiG.AZ xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşələrdə baş verən yanğınların əsas səbəbi odla ehtiyatsız davranmadır:

"Meşə fondu əraziləri bələdiyyə mülkiyyətində olan torpaqlarla, fermer təsərrüfatları ilə həmsərhəddir. Taxıl biçinindən sonra kövşənlərin yandırılması, yaylaqlarda odla ehtiyatsız davranma (yaylaqlara gedən yol meşə fondu ərazisindən keçir) və digər bu kimi hallar sonda yanğınların meşələrə keçməsinə səbəb olur. Azərbaycanda meşələrin öz-özünə alışması halları, demək olar ki, müşahidə olunmayıb. Bizim meşələrin 85 faizi dağ, 15 faizi Aran bölgəsində yerləşir. Kifayət qədər enliyarpaq meşələr olduğundan rütubət də yetərli qədərdir. Ona görə də meşələrin öz-özünə alışması halları istisna edilir".

S.Salmanov əlavə edib ki, havaların isti və quraq keçməsi ilə əlaqədar hər il olduğu kimi, bu ilin may ayının sonlarından başlayaraq, əhali arasında maarifləndirmə işləri aparılıb, mütəmadi olaraq reydlər keçirilib. Buna baxmayaraq, bu il meşə ərazilərində 6 yanğın (ötən ilin müvafiq dövründə 5 hadisə) baş verib. Yanğınlar Şəki, Oğuz, Qəbələ, Siyəzən, Şabran və Xızı rayonları ərazisində olub. Qəbələdəki meşə fondu ərazisində baş verən yanğın istisna olmaqla, yanğınlar 100 hektar ərazini əhatə edib. Yanğınların 75 hektarı Giləzi Regional Meşəsalma Massivində - Qarabulaq meşələrində olub. Yanğınlar nəticəsində ot örtüyü yanıb.

Qəbələdə meşə fondu ərazisində baş verən son yanğın hadisəsinin araşdırıldığını deyən S.Salmanov bildirib ki, hazırda müvafiq komissiya tərəfindən həmin yanğının ərazisi, dəymiş ziyan öyrənilir.

S.Salmanovun sözlərinə görə, meşədəki yanğınlar biomüxtəlifliyə və meşələrdə yaşayan canlılara da öz təsirini göstərib:

"Heyvanlar məcburiyyət qarşısında öz yuvalarını tərk getməyə və başqa ərazilərə getməyə başlayırlar. Bundan başqa, yanğının baş verdiyi ərazilərdə sonradan xəstəliklər yaranır, turizm potensialı azalır".

S.Salmanov əlavə edib ki, il ərzində ETSN tərəfindən yanğına qarşı profilaktik tədbirlər həyata keçirilib, yanğın təhlükəsi ola biləcək ərazilərdə müvafiq zolaqlar çəkilib.

Onun sözlərinə görə, meşə fondları ərazilərinin sərhədlərində, yol kənarlarında meşə yanğınlarının qarşısının alınması üçün kifayət qədər maarifləndirici lövhələr yerləşdirilib.

Nazirlik rəsmisi bildirib ki, meşələrdə yanğın hadisəsi görən şəxslər "Qaynar xətt"ə (168) zəng edə bilərlər:

"Bu zəng ödənişsizdir. Eyni zamanda, ETSN-də daim fəaliyyət göstərən növbətçi hissəyə də məlumat verilə bilər. Əgər hər hansı vətəndaş meşələrdə qanunsuzluq, yanğın görərsə, 168-ə zəng edə bilər. Bizim, ümumiyyətlə, bütün ərazilərimizdə meşə gözətçilərimiz var. ETSN-nin bütün respublika ərazisində 3000-ə yaxın meşə mühafizəsi xidmətçisi işləyir ki, onun da 2000-ə yaxını meşə gözətçiləridir, yəni əraziyə nəzarət edənlərdir".

Qeyd edək ki, hazırda Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8%-ni təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 566   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1161
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 355
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677