Bakıda evakuator maşını qanunsuz evakuasiya etdi, KAMERAYA YAXALANDI - VİDEO

Bakıda evakuator maşını qanunsuz evakuasiya etdi, KAMERAYA YAXALANDI - VİDEO

Sentyabrın 13-də Bakının Rəşid Behbudov küçəsində DYP-nin “Siqnal” İdarəsinə məxsus 99-JF-112 qeydiyyat nişanlı evakuator yarı yüklənmiş vəziyyətdə 10-FT-006 qeydiyyat nişanlı avtomobili cərimə meydançasına apararkən qayda pozuntusuna yol verib.

BiG.AZ avtosfer.az-a istinadən xəbər verir ki, həmin vaxt daşınan avtomobilin arxa təkərlərində diyircəklər olmadan sürüyüb aparıblar. Hansi ki, evakuatorun üstündə diyircəklər var. Lakin əməkdaşlar tənbəllik edərək bundan istifadə etməyiblər.

Məlumdur ki, bu qaydada evakuasiya qanunla qadağandır. Əməkdaşımız həmin evakuatorda xidmət aparan əməkdaşlara bu cür evakuasiyanın qadağan olduğunu bildirsə də, onlar buna əhəmiyyət verməyərək hərəkətə davam ediblər.

Evakuatorda xidmət aparan işçilərdən biri avtomobildən düşərək əməkdaşımızla əsassız mübahisə etməyə başlayraq bildirib ki, "Hərə əlinə bir kamera alıb bizi çəkir". Bu cür yersiz etirazlarını və kobudluğunu bildirdikdən sonra ərazidən uzaqlaşıb.

99-JF-112 qeydiyyat nişanlı evakuatorda düzgün xidmət aparmayan, vətəndaşların mülkünə maddi ziyan vuran belə əməkdaşları cəzalandırmaq lazımdır. Axı insanlar avtomobili konfet kağızıyla yox, pulla alırlar. Və bu pullar göydən tökülmür...

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 400 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol