Bakıda metroda DAVA: Oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

Bakıda metroda DAVA: Oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

BiG.AZ xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.

Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.

Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.
Bakıda metroda DAVA: Oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2104 Tarix: 13.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
yawilllllll
yawilllllll 13.09.2017
nç nç
tansu
tansu 13.09.2017
Bezi insanlar qətiyyən özlərini apara bilmirlər ictimai yerde.


 
ataxanli
ataxanli 13.09.2017
adam bilmir ne desin
jck