Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR

Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR

Keçmiş model Ağ Evin kommunikasiya müdiri təyin edilib.

28 yaşlı Houp Hiks əvvəlcə də bu vəzifəni müvəqqəti icra edib. Donald Tramp isə bu yaxınlarda Houpu bu vəzifəyə daimi təyin etmək istəyinin olduğunu bildirmişdi.

Biznesmen Entoni Skaramuççi 10 gün bu postu tutduqdan sonra vəzifəsindən azad edilmişdi. Hiks isə Entonini əvəz edirdi. Bu vaxta qədər isə Mayk Dubke və Şon Spayser də Ağ Evin kommunikasiya müdiri vəzifəsində işləyib.

Hiks əvəllər foto model olub. Müxtəlif reklam kampaniyalarında iştirak edib. Universiteti bitirdikdən sonra ictimaiyyətlə əlaqələr sahəsində çalışıb. İvanka Trampa məxsus moda evi ilə əməkdaşlıq edib. 2015-ci ildə Donald Tramp Hiksi mətbuat katibi təyin etmişdi.

Bundan başqa Ağ Evdə digər təyinatlar da olub. Mətbuat katibinin müavini kimi Rac Şah təyin edilib. Mersedes Şlepp prezidentin köməkçisi və strateji kommunikasiya üzrə baş müşavir təyin edilib.

mənbə: olke.az
Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR
Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR
Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR
Ağ Evdə yeni təyinatlar — Keçmiş modelə vəzifə verildi - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 750 Tarix: 13.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər