Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb

Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb.

BiG.AZ ölkə.az-a istinadla məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 843 Tarix: 13.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol