"Necə qıymaq olar ki, bir uşaq kotlet yesin, o birisi də şişə-şişə ağzına baxsın..."

"Necə qıymaq olar ki, bir uşaq kotlet yesin, o birisi də şişə-şişə ağzına baxsın..."

Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçasında valideynlərdən 20 AZN pul tələb olunub. Valideynlərin sözlərinə görə, əks təqdirdə körpələrə kotlet verilmədiyi bildirilib.

BiG.AZ xəbər verir ki, ölkəni silkələyən bu xəbərə aparıcı-müğənni Murad Arif də biganə qalmayıb. O bildirib ki, uşaqlara edilən bu rəftarla bağlı aidiyyatı qurumlar tərəfindən ciddi tədbir görülməlidir:

"Sumqayıtda yerləşən "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçasında baş verənlərlə bağlı xəbərləri oxuduqca ürəyim sızıldayır. Bunu uşaqlara necə etmək olar? Bu firavanlıq dövründə bu qədər vəhşilik haradandır bu müdirdə? Necə qıymaq olar ki, bir uşaq kotlet yesin, o birisi də şişə-şişə ağzına baxsın...
Müharibə illərində camaat necə sonuncu quru çörəyini bərabər bölməsindən çox oxumuşuq. Bu müdirləri cəmiyyət qarşısında linç etmək lazımdır. o Müdirə eelə bir cəza verilsin ki, hamıya görk olsun".

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3015 Tarix: 13.09.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər