Qurban Qurbanov: "Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik"

Qurban Qurbanov: "Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik"

Səhvlərimiz Çempionlar Liqasında ilk oyunumuzun olmağı ilə bağlıdır.

BiG.AZ trend-ə istinadən bildirir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyunu şərh edərkən deyib.

Q.Qurbanov qeyd Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıqlarını bildirib:

"Çelsi"nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuzun olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir.

"Qarabağ"ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik".

Baş məşqçi "Çelsi" və Antonio Konteni də qələbə münasibətilə təbrik edib.
f Paylaş
Bölmə: İdman Oxunub: 615 Tarix: 13.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol