DİN-dən reket jurnalistlərə XƏBƏRDARLIQ - TAM MƏTN

DİN-dən reket jurnalistlərə XƏBƏRDARLIQ - TAM MƏTNDaxili İşlər Nazirliyi bəzi xəbər saytlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin fəaliyyətini tənqid edən mətbuat orqanlarının məhkəməyə müraciət olunması ilə bağlı tapşırıq verilməsi barədə yayılan iddialara cavab verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bir neçə saytda gedən bu iddiaları absurd adlandırıb: "Belə cəfəng iddiaları dırnaqarası jurnalistlər qaldırır ki, onlar yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyirlər. Yəni mən mətbuatda işləyirəmsə, yol-hərəkət qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqalıq edə bilərəm. Bunlara görə əgər mənə güzəşt etməsəniz, sizi "öz qəzetimdə rüsvay edərəm" deyərək hədələyir və hətta şantaj edirlər.

İndi eşidib və görürlər ki, polis əməkdaşları öz şərəf və ləyaqətlərini, işgüzar imiclərini sırf hüquqi müstəvidə müdafiə etmək üçün yeri gələndə məhkəmələrə müraciət edirlər, artıq qorxuya düşüblər. Bəli, hər bir Azərbaycan vətəndaşının, o cümlədən daxili işlər orqanlarında xidmət edən hər bir əməkdaşın məhkəmələrə müraciət etmək üçün konstitusion hüququ var. Onlar da bu hüquqdan istifadə edərək şərəf və ləyaqətlərini, işgüzar imiclərini şər və böhtandan sivil yolla, hüquqi müstəvidə müdafiə edirlər".

Əminəm ki, polisin belə qanuni hərəkəti bizim əsl mətbuat vasitələrimiz və əsl mətbuat nümayəndələrimizin nə fəaliyyətinə, nə də mənafeyinə toxunur. Bu yalnız bir-iki dırnaqarası jurnalistə toxunur və qorxudur. Onda belə çıxır ki, polis özünü şərdən-böhtandan qorumaq üçün bilərəkdən uydurma və yalan yazana qarşı qanunsuzluq edib zor tətbiq etməlidir? Xeyr, belə olmayacaq. Bundan sonra da Azərbaycan polisinin hər bir əməkdaşı hər bir Azərbaycan vətəndaşı kimi, öz haqlarını, öz şərəf və ləyaqətlərini yalnız hüquqi müstəvidə, yəni Azərbaycanın tam müstəqil olan məhkəmələrinə rəsmi qaydada müraciət etməklə qoruyacaqlar. Bu bizim hər birimizin konstitusion hüququmuzdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232